
Ölkəmizin ictimai və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi, vətənpərvərlik ruhunun aşılanması, 2 fevral “Gənclər günü”nün Azərbaycan Respublikasının miqrasiya orqanlarında qeyd olunması ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinin bir qrup əməkdaşı Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət edib.
Əməkdaşlar açıq səma altında qoşun növləri üzrə texnikadan ibarət ekspozisiya ilə tanış olublar. Ekspozisiyada Böyük Vətən müharibəsində və Qarabağ döyüşlərində istifadə olunmuş müxtəlif təyinatlı hərbi texnika, o cümlədən tank və BTR-lər, təyyarə və vertolyotlar, sualtı qayıqlar, zenit-raket kompleksləri nümayiş etdirilib, onların texniki göstəriciləri barədə ətraflı məlumat verilib.
Daxili ekspozisiyada Heydər Əliyev və Silahlı Qüvvələr quruculuğu zallarını ziyarət ediblər. Muzeydə ölkəmizin hərb tarixini əks etdirən bir çox nadir eksponat və sənədlər toplanıb. Əməkdaşlar qədim zamanlardan müasir dövrümüzədək olan müharibələrdə insanların istifadə etdikləri silah-sursat, onların maketləri ilə yaxından tanış olublar.
Diqqətə çatdırılıb ki, məhz 1993-cü ildə Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra muzeyin eksponatları artırılıb, onun fondu zənginləşdirilib.
Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət əməkdaşlarda xoş təəssürat yaradıb.







-
"Məcburi miqrasiya" mövzusunda həftəsonu təlimi keçiriləcək
2-3 mart 2019-cu il tarixlərdə Baku...
-
Vətəndaş qəbulu
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi 22...
-
Müsahibəyə dəvət olunan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin SİYAHISI!
Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması...
-
İşəgötürənlərin NƏZƏRİNƏ!
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il...
-
Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq istəyən əcnəbilərin NƏZƏRİNƏ !
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Təlim-tədris...