AZ EN RU
logo Aliyev
Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar 23.12.2018-ci il tarixdə keçirilmiş test imtahanının yekunlarına görə 70 və daha artıq bal toplayaraq müsabiqənin söhbət mərhələsinə buraxılmış, habelə müsabiqənin birbaşa söhbət mərhələsində iştirak etmək üçün müraciət etmiş namizədlərin nəzərinə!

Söhbət mərhələsində iştirak edəcək namizədlərin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin “Müsabiqə Komissiyası” tərəfindən aşağıda qeyd olunan parametrlər üzrə qiymətləndirilməsi nəzərdə tutulmuşdur:

1. Vəzifə borclarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsini, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsini, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 2010-cu il 21 dekabr tarixli 21-IVKQ nömrəli Konstitusiya Qanununu, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının 2001-ci il 28 dekabr tarixli 246-IIKQ nömrəli Konstitusiya Qanununu, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının 2000-ci il 21 iyul tarixli 926-IQ nömrəli Qanununu, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli 223-IIQ nömrəli Qanununu, “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli  733-IIQ nömrəli Qanununu, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2004-cü il 13 yanvar tarixli 580-IIQ nömrəli Qanununu, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli  1036-IIQ nömrəli Qanununu, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanununu, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununu, “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 958-IIQ nömrəli Qanununu, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının  1998-ci il 30 sentyabr tarixli 527-IQ nömrəli Qanununu, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının 1999-cu il 21 may tarixli 668-IQ nömrəli Qanununu, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1197-VQ nömrəli Qanununu, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının 31 may 2007-ci il  № 352-IIIQ nömrəli Qanununu, “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanını, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanını, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarını və digər normativ hüquqi aktlarını tətbiq etmək sahəsində biliyi və bacarığı;

2. təhsil səviyyəsi, peşə nailiyyətləri, xarici dilləri bilməsi, kompyuterdə işləmək bacarığı və səviyyəsi;

3. özünü təqdimetmə bacarığı, təmkinliliyi, fikir və rəyini ifadə etmək qabiliyyəti;

4.təşəbbüskarlığı, analitik düşünmək qabiliyyəti, hadisələri obyektiv qiymətləndirmək, problemlərin həlli ilə bağlı qərar çıxarmaq bacarığı.

Xarici dil və kompyuter biliklərinə malik olan şəxslərə üstünlük verilir.  

Qeyd:  Söhbət mərhələsinin keçirilmə tarixi barədə əlavə məlumat veriləcəkdir.

 

Regional miqrasiya idarələri