AZ EN RU
logo Aliyev
“Dünya miqrasiya trendləri və bu trendlərin miqrasiya siyasətinə təsiri məsələləri” mövzusunda seminar keçirilib

Dövlət Miqrasiya Xidmətinin aparatında  (DMX) Xidmətin əməkdaşları üçün “Dünya miqrasiya trendləri və bu trendlərin miqrasiya siyasətinə təsiri məsələləri” mövzusunda seminar təşkil olunub. Seminarda dünyanın nüfuzlu  Sasseks və Maastrixt Universitetlərinin professoru, miqrasiya sahəsində tanınmış alim Ronald Skeldonun mühazirəsi dinlənilib.

Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzlə birgə həyata keçirilən “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBİLAZE)” layihəsi çərçivəsində təşkil edilmiş seminarda R.Skeldon dünyada miqrasiya prosesləri, yeni miqrasiya trendləri və bu trendlərin miqrasiya siyasətinə təsiri kimi aktual məsələlər haqqında geniş təqdimat edib.  

Sonra mövzu ətrafında müzakirələr aparılıb.

Tanınmış alim Xidmət əməkdaşlarının çoxsaylı suallarını cavablandırıb.

Regional miqrasiya idarələri