AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti haqqında sorğunun nəticələrinə görə 70 faiz qurumun işindən razıdır

Dövlət Miqrasiya Xidmətinin (DMX) fəaliyyəti haqqında Xidmətin rəsmi saytında yerləşdirilmiş onlayn sorğunun nəticələrinə görə səsvermədə iştirak edənlərin 70 faizi qurumun işindən razıdır.

Sorğuda 25 gün ərzində respondentlərə iki sual ünvanlanmış və dörd cavab variantı (“Bəli”, “Qismən”, “Qane etmir” və “Müraciət etməmişəm”) təqdim edilmişdi. “Dövlət Miqrasiya Xidmətinin fəaliyyətindən razısınızmı?” sualına səsvermədə iştirak edən 611 nəfərdən 68,1 faizi “bəli”, 11,1 faizi “qismən”, 8,5 faizi “qane etmir”, 11,8 faizi “müraciət etməmişəm”, “Dövlət Miqrasiya Xidmətinə etdiyiniz müraciətlərə baxılması Sizi qane edirmi?” sualına isə 467 respondentdən 64,7 faizi “bəli”, 13,1 faizi “qismən”, 9,4 faizi “qane etmir”, 12,8 faizi “müraciət etməmişəm” cavabını verib.  

Səsvermədə iştirak edən hər kəsə təşəkkür edirik.

Regional miqrasiya idarələri