AZ EN RU
logo Aliyev

May ayında Dövlət Miqrasiya Xidmətinin Təlim-tədris mərkəzində təşkil edilən kurslarda 145 əcnəbi iştirak edib

May ayı ərzində Dövlət Miqrasiya Xidmətinin Təlim-tədris mərkəzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün təşkil edilən kurslarda 145 dinləyici iştirak edib.

Azərbaycan dilini bilməyənlərə 42 saat dil dərsləri olmaqla kurs çərçivəsində dinləyicilərə 100 saatlıq proqram tədris olunub.

Məqsəd Miqrasiya Məcəlləsində müəyyən edildiyi kimi ölkəmizdə yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dilini, tarixini, mədəniyyətini, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyi öyrənmələrini təmin etməkdir. 

Qeyd edək ki, Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması üzrə fəaliyyət göstərən komissiya tərəfindən may ayı ərzində keçirilən müsahibəyə dəvət edilən kurs dinləyicilərindən 86%-i müsbət nəticə göstərib.

Xatırladaq ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün təşkil edilən tədris kursu fəaliyyətə başlayandan bu il iyunun 1-dək 2191 nəfər dinləyicisi olub.

Kurslar davam edir,  iştirak etmək istəyən şəxslər iş günləri saat 09:00-dan 18:00-a qədər (012) 566 - 37 - 74 telefon nömrəsi vasitəsilə müraciət edə bilərlər.

Regional miqrasiya idarələri