AZ EN RU
logo Aliyev

Miqrasiya əməkdaşları arasında şahmat və dama turnirinə start verilib

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları arasında şahmat və dama turnirinə start verilib.

DMX Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən yarışların məqsədi əməkdaşların asudə vaxtlarının səmərəli və zehni fəaliyyətlə məşğul olmalarının təşkili, onların intellektual potensialının nümayiş etdirilməsidir.

Turnir iştirakçılarını salamlayan Xidmət rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev onlara uğurlar arzulayıb. O, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycanın müstəqillik yolu, əldə etdiyi nailiyyətlər və şahmatın inkişafı üçün Dövlət Proqramının qəbulu barədə məlumat verilib. Bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsinə dair Sərəncamı milli kimliyimizə və zəngin dövlətçilik tariximizə diqqət və qayğının təzahürüdür.

Yarışlarda Xidmətin müxtəlif struktur bölmələrinin əməkdaşları iştirak edirlər. Maraqlı rəqabət şəraitində keçən yarışların təşkili müsbət dəyərləndirilib.

İlk üç yeri tutan iştirakçılar mükafatlandırılacaqlar.

Regional miqrasiya idarələri