logo Aliyev

10 nəfər qanunsuz miqrant saxlanılıb

Dövlət Miqrasiya Xidməti  qanunsuz miqrasiyaya qarşı mü­ba­ri­zə tədbirlərini da­vam etdirir.

Xidmət tərəfindən 1 nəfər Mərakeş və 1 nəfər Kamerun vətəndaşı saxlanılıb. Eyni zamanda Dövlət Təhlü­kə­sizlik Xidməti ilə birgə qa­nun­suz miqrasiyaya qarşı keçirilmiş təd­birlər­ za­ma­nı daha 8 nə­fər Nepal vətəndaşı sax­­­la­nıl­ıb.

Araşdırma zamanı Mərakeş və Nepal vətəndaşlarının Azərbaycan  əra­zi­sin­də olma və yaşama qay­da­larını poz­duqları məlum ol­ub. Nepal vətən­daş­la­rı­na öz həmvətənləri Parajuli Sitaram tərəfindən Azər­­­bay­canda yük­sək ay­lıq əmək haqqı olan iş vəd edil­ib, aldadılaraq Azərbaycana gətirilib və sonradan qanunsuz miq­­ranta çevriliblər. Parajuli Sitaram əvvəllər törətdiyi qanunsuz əməllərə görə Dövlət Miqrasiya Xid­məti tərəfindən ölkə hüdudlarından kənara inzibati qay­da­da çıxarılmışdır.

Bundan əlavə, ölkə ərazisində qanunsuz yaşadığı üçün saxlanılmış Ka­me­­run vətəndaşı Lourile Teneng Meshi Christellenin əvvəllər Azərbay­canda tələbə olduğu müəyyən edilib. Belə ki, L.T.Meshi Chris­­tel­­leyə əyani təhsil əsasında müvəqqəti ya­şama icazəsi verilib, sonradan hə­­min icazənin ləğv edilməsinə baxmayaraq o, ölkə ərazisini tərk et­məkdən boyun qaçırıb.

Qeyd olunan əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kə­na­ra çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.