AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidməti Azərbaycanın milli maraq­larının keşiyində etibarlı dayanır

(Məqalə “Respublika” qəzetinin 19 mart 2011-ci il tarixli sayında dərc edilmişdir)

 

İqtisadi sahədə keçid dövrünü başa vuran müstəqil Azərbaycanın qısa  za­manda ictimai həyatın bütün sahələri üzrə əldə etdiyi nailiyyətlər, ilk növbə­də, elmi əsaslar üzərində gerçəkləşdirilən milli inkişaf modelinə əsaslanır. Heç bir döv­­lətin tərəqqi yolunu təkrarlamayan, özünəməxsusluğu ilə dünya­nın apa­­rıcı ma­liyyə-iqti­sadi qu­rum­larında da böyük maraqla qarşılanan bu mo­del əlverişli geosiyasi mə­kanda yerləşən respublikamızı bütövlükdə Avrasiya regionunda yeni iqtisadi feno­menə çe­vir­miş, sabit və dayanıqlı inkişaf yo­luna çı­xar­­mış­dır. Bu model Azərbay­ca­na eyni zamanda bir çox Qərb dövlətinin onil­­lik­lər boyu keç­­­­­diyi in­ki­şaf mərhə­lələ­rini qısa za­manda adlamağa, 2008-2010-cu illərdə dün­ya iqtisa­diy­yatını reses­siyaya uğ­radan iqtisadi böhrandan minimum itki ilə çıx­mağa, ümumi daxili məhsul istehsalında yüksək tempi qoruyub sax­la­mağa, bir sözlə, strateji hədəflərə doğru inamla addım­lamağa imkan yarat­mışdır.

 

2003-cü ildən ölkəyə inamla rəhbərik edən döv­­­­lət başçısı cənab İlham Əliyevin elmi təmələ əsaslanan iqtisadi siyasəti respub­likanın in­ki­şafı prosesində dina­mizmi və məq­­səd­yönlülüyü təmin etməklə, qarşıda duran vəzifələrin həllinə real im­kanlar aç­mış, cə­miyyətin ümumi potensialının milli məq­sədlər na­mi­nə səfərbər olunma­sına etibarlı zəmin formalaşdırmışdır. Azərbay­canın zən­gin tə­bii sərvətlərin­dən sə­mə­­rəli istifadə edil­məsi­nin, respublikanın investisiya cəlbedicili­yinin yüksəldilməsinin və digər kon­septual əhə­miyyətli tədbirlərin nəticə­si olaraq 2008-2010-cu il­lərdə Azər­­baycan iqtisa­diyyatı təkcə sürətli inkişafla de­yil, eyni za­manda, yeni  key­­­­fiyyət parametrləri ilə də özünü təs­diq­­ləmişdir. Ciddi elmi əsaslar üzərində hə­yata keçirilən iqtisadi siyasət Azər­baycanın müs­tə­qil dövlət kimi böl­gədə və dünyada layiqli yerini tapma­sı­nı, regional li­der­liyini təmin etmişdir.

 

«Azər­baycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proq­ramı»nın icrasının ikinci ilinin yekunları ilə əlaqədar bir müddət əvvəl Bakı Biznes Mərkəzində təşkil olunmuş konfrans bunu bir daha təs­diq­ləyir. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən konfransda səslə­nən statistik məlumatlar Avrat­lantik məkana inteqra­si­ya kursunu uğurla davam etdirən, transmilli enerji və kommuni­kasiya layihələrinin lokomotivinə çevrilən, de­mokratik­ləşmə yolunda atdığı ardıcıl addımlarla Cə­­nubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan res­pub­likamızın iqtisadi sahədə yeni nailiy­yətlərə imza atdığını göstərir. Azər­bay­can iqtisadiyyatı qlobal böh­ranın tam aradan qalxmadığı bir şərait­də yüksək dayanıqlılıq nümayiş etdirərək mü­­vazinə­tini itirməmiş, artım di­­­na­mikasını saxla­mışdır. İclasda səslənən məlumat­lardan bəlli olur ki, hesabat döv­­ründə ümumi daxili məh­­sul 5 faiz, qeyri-neft sektoru 7,9 faiz, o cümlədən qeyri-neft sənayesi 6,6 faiz artmış, əha­linin gəlir­ləri 12,3 faiz art­mış, inflyasiya MDB məkanında ən aşa­­­­­­­ğı həd­də - 5,7 faiz ol­muş­dur.

 

Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azər­baycan Respub­likası region­ları­nın 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nda hazırkı iq­ti­sadi inkişaf mər­hələsi üçün aktual bir mühüm məsələyə – miqrasiya proses­lərinin tən­zimlən­mə­sinə, sosial-iqtisadi amillərlə bağlı daxili miqrasiyanın fəsad­larının aradan qaldırıl­masına da geniş yer ayrıl­mış­dır. Dövlət Proqramında konk­ret ola­­­raq gös­tərilir ki, «Ölkə iqtisadiyyatı inkişaf etdikcə, daxili əmək bazarında işti­rak edən əcnəbilərin sayı art­maqdadır. Azərbaycan Respublikasının əlverişli geosiyasi möv­qeyi, ölkədə apa­rılan iqtisadi islahatlar, sahibkarlığın inkişafı, beynəlxalq kommuni­ka­siya layihələrinin həyata keçirilməsi və s. əmək miqrasiyası axınlarının artmasına səbəb olmuşdur».

 

II regional inkişaf proqramında məhz bu reallıqlara əsasən, qarşıdakı illərdə miqrasiya proseslərindən ölkənin inkişafı üçün səmərəli istifadə olunması; miqra­siya proqramlarının və tədbirlərinin həyata keçirilməsində dövlətin, cəmiy­yətin mə­­­­­­na­fe­lərinin nə­zərə alınması; miqrantların mövcud sosial-iqtisadi vəziyyətə adap­ta­siya­sını sü­rətlən­dirən şəraitin yaradılması; miqrantların hüquqlarının müda­fiəsi; qeyri-qa­nu­ni miqrasiya­nın qarşısının alınması kimi vacib məsələlər yer almışdır. Ötən iki ildə Dövlət Proq­ramının uğurla icrası nəticəsində bölgə­lə­rin pro­por­sio­nal inkişafı tə­min olunmuş, iri şəhərlərə kütləvi axının – urba­ni­zasiya pro­sesləri­nin qarşısı, de­mək olar ki, alınmış, daxili və xarici miqrasi­ya­nın tənzimlənmə­si sa­həsində müs­bət nəticələr əldə edil­mişdir. 

 

Ümumiyyətlə, müasir dövrdə hər bir dövlətin milli təhlükəsizlik maraqlarının qorunması zərurəti bir sıra mühüm amillərlə yanaşı, miqrasiya proses­ləri­nin sivil tən­zim­­lənməsi zərurətini aktuallaşdırır. Qloballaşma prosesləri ilə bağlı döv­lətlər ara­­sında faktiki sərhədlərin tədricən aradan qalxması, trans­milli korpo­rasi­yaların nüfuz dairəsinin durmadan genişlənməsi, dünya iqtisadiyyatı­nın univer­sal­laşması, hə­yat tərzi və davranış­ların «vahid standartları»nın yaran­ması, is­teh­sal, isteh­lak və tica­­rətin unifi­kasiyası şəraitində miqrasiya problemləri də qlobal səciyyə daşıyır. XXI əsrin başlanğıcında dövlət­lərin bir-biri ilə siyasi, so­sial-iqti­sadi, mə­dəni  əlaqələrinin, xarici tiracət əlaqələrinin genişlənməsi dünya əmək bazarında çeşidli prob­­lemlərlə mü­şayiət olunur. Belə şəraitdə inkişaf etmiş, habelə sürətlə inkişaf yo­lunda olan dövlətlər miqrasiya pro­seslərinin daha ciddi təsir və təhdidlərinə məruz qa­lırlar. İnki­şaf səviyyə­lərində özünü kəskin göstərən fərqlər – bəzi ölkə­lərdə əmək bazarlarının daha cəlb­edici olması, əmək­ haqqının yüksək sə­viy­yəsi, biz­nes mühitinin li­be­rallığı, azad iqti­sadi zonaların mövcudluğu və digər amillər miqrasiya pro­ses­lərini stimul­laşdırır. Yəni öz ölkəsində münasib iş tapa bilməyən, sosial cə­hət­dən tə­min olunmayan, yaşayış səviy­yəsi aşağı insanlar çıxış yolunu başqa ölkələrə miq­ra­siya etməkdə gö­rürlər. Eyni za­manda milli, irqi, regi­onal münaqişələrin, fövqəladə vəziyyətlərin və təbii fəla­­kət­lərin doğurduğu problemlər də insanların bir ölkədən digərinə kütləvi şə­kildə miqrasiyasına səbəb olur. Təhlü­kə­li məqam ondan ibarətdir ki, bu zaman insanlar təkcə qanuni deyil, qeyri-qa­nuni miqrasiya vasi­tələrindən də geniş istifadə edir­lər. Yəni hər hansı ölkəyə leqal yolla gedərək yaşamaq və işlə­mək hüququ əldə etmə­­dən mövcud qanunları, sivil birgəya­şa­yış norma­la­rını kobud şə­kildə pozur, yerli əmək bazarında problemlər ya­radırlar.

 

Qloballaşma prosesləri ilə əlaqədar geniş vüsət almış qeyri-qa­nuni miqrasiya pro­­sesləri dövlətlərin milli təhlükəsizliyi üçün aşkar problemlər do­ğurur. Qeyri-qa­nuni miq­­rantlar arasında bəzən müxtəlif ağır cinayətlərə görə hüquq-mühafizə or­qan­­larının axta­rışında olan cinayətkarların – terrorçuların, silah-sursat, narkotik vasi­tə, habelə insan alver­çilərinin, dini-siyasi ekstremistlərin və s. olması vəziyyəti da­ha da ciddi­ləş­dirir. Buna görə də hər bir modern dövlət həm daxili əmək baza­rının, həm də ümumən təh­lükəsizlik maraqlarının təmini baxı­mın­­­dan qeyri-qanuni miqra­siyaya qarşı mübarizə aparır, bu sahənin çevik və işlək mexanizmlər əsasında tən­zim­lənməsini təmin edir.  

 

Xatırlatmaq lazımdır ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra miq­rasiya proseslərinin tənzimlənməsi məsələsi yeni ictimai-iqtisadi formasiyanın ən aktual problemlərindən biri kimi gündəliyə gəlsə də, bu istiqamətdə ilk praktiki ad­dım­lar yalnız Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ha­ki­miy­­yətə gəlişindən sonra atılmışdır. Azərbaycanın müharibə şəraitində yaşamasını, 1 mil­yondan artıq qaçqın və məcburi köçkünün doğma torpaqlarından didərgin düş­mə­sini, o cüm­lədən respubli­kanın əlverişli coğrafi-siyasi məkanda yerləşməsini, əhə­miy­­yətli tranzit-kommunikasiya imkan­larını nəzərə alan böyük strateq Heydər Əliyev daxili və xarici miqrasiya proses­lərinin tənzimlənməsi istiqamətində əməli tədbirlər həyata keçirmişdir. Bu mərhələdən ölkənin gələcəyi ilə bağlı ziddiyyətli fi­kirlərin, narahatlıq­ların və təhlükələrin aradan qalxması, yaşayış üçün yeni perspektivlərin açıl­ma­sı xarici ölkələrə miqrasiya prosesinin qarşısını almış, eyni zamanda, əvvəlki illərdə Azər­baycandan köçüb getməyə məcbur olan vətəndaşlar, o cümlədən milli azlıqların nümayəndələri tədricən geriyə qayıtmışlar.

 

İctimai-siyasi, iqtisadi sabitliyin təmin olunması, habelə hərtərəfli inkişafda loko­motiv rolunu oynayan «Əsrin müqaviləsi»nin imzalanması respublikaya xarici in­ves­­tisiya axınının sürətlən­mə­sinə, əlverişli biznes və sərmayə mühitinin forma­laş­masına təkan vermiş, yerli əmək bazarının inkişaf etməsi, yeni iş yerlərinin açıl­ması, xüsusən də əmək miqrant­larının respublikamıza marağını gücləndirmişdir. Hə­­­­min dövrdə mo­dern texnolo­gi­yalarla işləyə bilən yerli kadrların yoxluğu, habelə on­ların təc­rübəsinin qənaətbəxş səviyyədə olmaması nəzərə alınaraq əcnəbi mütəxəssislərin ölkəyə gəlməsinə liberal   ya­naşılırdı. Bununla belə, əcnəbi əmək miqrantlarının qanunvericilikdə nəzərdə tu­tulmuş qay­dada qeydiyyata düşməsi, ölkə qanunlarına ria­yət etməsinə diqqət artırılmış, daxili işlər, əmək və əhalinin sosial mü­­da­fiəsi nazirliklərinin tərkibində, Dövlət Sərhəd Xid­mə­tində bu işlə məşğul olan idarələr yara­dılmışdı. Həyata keçirilən kompleks tədbirlər nəticəsində uzun illər ərzində ölkə­yə miqrantların daxil olması yerli əmək bazarının tələbinə uyğunlaşdırıldı, qeyri-leqal miqrasiya proseslərinə qarşı effek­tiv mü­barizə tədbirləri həyata keçirildi.

 

Bu faktı da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan ötən əsrin 80-ci illərinin sonlarından Ermənistanın de­portasiya, soyqırımı və təcavüzkarlıq siyasəti nəti­cə­sində keçmiş sovet məkanında qaçqın və məcburi köçkün problemi ilə üzləşmiş ilk respub­likadır. İşğalçı dövlətin etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində bir milyon­dan çox soydaşı­mız doğma ev-eşiyindən didərgin düşmüş, respublikanın müxtəlif böl­gələ­rin­də sı­ğınacaq tapmışdır. Dünya üzrə miqrantların 97-98 faizi başqa ölkə vətən­daşları olduğu halda, Azərbaycanda miqrantların 70 faizi ərazilərimizin işğalı nəticəsində yaşa­yış yerini dəyişməyə məcbur olmuş daxili miqrantlardır. Baş­qa ölkə­­lərdə məs­­kunlaşan və yaşayan miqrantlar əsasən yerli əhali ilə eyni milli mən­­subiyyətə malik olmayan şəxslər olduğu halda, Azərbaycanda məskunlaşan miq­rantların 90 faizdən çoxu mil­li mən­­subiy­yətinə görə azərbay­canlılardır. Son 15 ildə doğma tor­paq­ların­dan di­dərgin düşmüş, məcburən daxili miq­rasiya pro­seslərinin işti­rakçısına çev­rilmiş soydaşlarımızın problem­lərinin həlli, on­ların yaşayış səviy­yəsinin yaxşılaşdırılması istiqamətində də kompleks tədbirlər həyata keçiril­mişdir. Pre­zi­­dent cənab İlham Əliyevin xüsusi qayğısı nəticəsində 2007-ci ilin dekab­rında sonuncu çadır düşərgəsi ləğv olunmuşdur. Məc­buri köçkünlərin mənzil şəraiti­nin yaxşılaşdırılması sahəsində işlər bu gün də uğurla davam etdirilir.

 

Son illərdə Azərbaycanda sürətli sosial-iqtisadi inkişafın təmin edilməsi, enerji-nəq­liyyat sahələrində beynəlxalq kommunikasiyaların genişlənməsi, eyni za­manda, ölkə­mizin geosiyasi mövqeyi miqrasiya proses­lərinin daha da in­ten­sivləşməsinə gətirib çıxar­mışdır. Eyni zamanda, ölkəmizin bir sıra dövlətlərlə vizasız gediş-gəliş rejiminin mövcud olması nəticəsində respublikamızın əra­zisindən tranzit qaydada keçən və ya qısa müddətə gələn, üçüncü dövlətlərə get­məyə cəhd edən, ya­xud qanuni əsaslar olma­dan daimi yaşamağa cəhd göstərən əc­nəbilərin sayı getdikcə artır. Bütün bunlar ölkənin inkişafı və təh­lükəsiz­liyinin təmini baxımından milli maraq­lara uyğun miqrasiya siyasəti­nin hə­yata keçi­ril­mə­sini, miqrasiya prosesləri­nin tənzimlənməsi sisteminin tək­milləş­diril­məsi və inkişaf etdi­rilməsini, dövlət orqan­larının   fəaliy­yə­tinin əlaqələndiril­məsini, habelə bu sa­hədə bey­nəlxalq əməkdaşlığı ob­yektiv zərurətə çevir­mişdir.

 

Bütün bu real­lıqları nəzərə alan möh­tərəm Prezident İlham Əliyev son illərdə miqrasiya pro­seslərinin va­hid dövlət siyasəti ilə tənzimlənməsi sahəsində   komp­leks tədbir­lərin həyata keçi­ril­mə­sini təmin etmişdir.

 

Dövlət başçısı bu istiqamətdə ilk mühüm addım­larından biri kimi hələ 2006-cı ilin 25 iyul tarixində «Azərbaycan Res­pub­likasının Dövlət Miq­rasiya Proq­ra­mı­nın (2006-2008-ci illər) təsdiq edilməsı haq­qında» Sərəncam imzalamışdır. Komp­­leks tədbirlər siste­mini əks etdirən Dövlət Proqramında miq­­rasiya idarəetmə sisteminin inkişaf etdi­rilməsi, miqrasiya proses­lərinin tənzim­lən­məsi və proqnozlaş­dırılması, bu sahədə qa­nun­vericiliyin beynəlxalq normalara və müasir dövrün tə­ləblərinə uyğun təkmilləşdirilməsi, qanunların  tət­biqinin ef­fek­tiv­li­yi­nin təmin edil­məsi, miqrasiya sahəsində vahid məlumat bankının, müasir av­tomat­laş­dırılmış nəzarət sisteminin yaradılması, qeyri-qa­nuni miqrasiyanın qarşı­­sı­nın alınması, miq­rant­larla bağlı sosial mü­dafiə təd­birlərinin həyata keçirilməsi və digər mühüm mə­sələlər yer almışdır.

 

Dövlət Proqramı əsasında miqrasiya sahəsində vahid dövlət siyasətini hə­ya­ta keçi­rən xüsusi dövlət orqanının yaradılması da obyektiv zərurət kimi meydana çıx­mış­dır. Bu zərurəti nəzərə alan Prezident cənab İlham Əliyev 19 mart 2007-ci il ta­rix­də Dövlət Miq­rasiya Xid­mə­tinin yaradılması haqqında fərman imzalamışdır. Belə bir dövlət qurumunun yaradılması miq­­ra­si­ya sahəsində vahid dövlət siyasətinin həyata keçiril­məsi, ida­rə­etmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tən­­zim­lənməsi və proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının fəaliy­­­­yətinin əlaqələn­di­rilməsi məq­sədindən irəli gəlmişdir.

 

Qısa zamanda strukturlaşan Dövlət Miqrasiya Xid­məti miqrasiya sahəsində döv­lət siya­­sə­tini, habelə miqrasiya pro­ses­lərinin idarə edil­məsi və tənzimlənməsində Azər­baycan Res­pub­likasının qanunveri­ciliyi ilə müəy­yən edil­miş səlahiy­yətləri həyata ke­çi­rən hüquq-mühafizə status­lu mərkəzi icra hakimiyyəti orqanıdır. Xidmət fəaliyyətə baş­layandan qa­nun­vericiliyin beynəlxalq nor­malara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsinə, qanun­­ların tətbiqində yol verilə biləcək nöq­san və sui-istifadə­lə­rin, tən­zim­­lən­­məyən miq­ra­siya proses­lərinin neqa­tiv təsirinin aradan qal­dı­rılmasına, sabit de­moq­­rafik inkişafa, qeyri-qanuni miqrasiyaya qarşı effektiv mübarizə tədbir­ləri­nin güc­ləndirilməsinə çalışır. Ölkə ərazisində müvəq­qəti olan, habelə müvəqqəti və daimi yaşayan əcnəbilərin Azərbaycan Respublikası qanun­vericiliyinin tələb­lərinə ria­yət etmə­lərinə nəzarəti həyata keçirir, mövcud qa­nun­vericiliyin tələblərini poz­muş əcnəbilərin ölkə ərazisindən çıxarılması üçün mü­va­fiq tədbirlər görür. Həmçinin, ölkə­dəki qanunsuz miqrantlarla bağlı araşdırma, təhlil və təftiş işləri apararaq onların ölkə ərazisindən çıxarılması işinə ciddi nəzarət edir. Bu məqsədlə Dövlət Miqrasiya Xidməti Daxili İşlər, Xarici İşlər, Milli Təhlükəsizlik, Əmək və Əha­linin Sosial Müdafiəsi Na­zir­­likləri və Dövlət Sərhəd Xidməti ilə qarşılıqlı fəaliyyət göstərir, bu orqanların fəaliy­yətini əlaqə­ləndirir.

 

Son illər miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsi, bu sahədə əngəllərin tamamilə aradan qaldırılması, sənədləşmənin sadə­ləş­diril­məsi istiqamətində atılan mühüm addımlardan biri də bu sahədə «bir pən­­cərə» siste­minin tətbiqidir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 mart tarixli «Miq­rasiya proseslərinin idarə­ olunmasında «bir pəncərə» prinsi­pi­nin tətbiqi haq­qın­da» Fərmanı bu baxımdan mühüm əhəmiyyətə malikdir. 2009-cu il iyulun 1-dən «bir pəncərə» prinsipinin işə düşməsi ilə respubli­kada miqrasiya idarəetmə mexanizmi daha da təkmil­ləşdirilmiş, bu sahədə şəffaflıq və çeviklik tam təmin edil­mişdir.

 

«Bir pəncərə» prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini hə­yata keçi­­rən Dövlət Miqrasiya Xid­məti əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azər­­bay­can Res­publikasının ərazisində müvəqqəti və daimi yaşamaq, həm­çinin ölkə ərazi­sində haq­qı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün müva­fiq ica­zələrin ve­ril­məsi; Azər­bay­can Respublikasının ərazisində müvəqqəti və dai­mi yaşamaq üçün icazə almış əcnə­bilərin və vətəndaşlığı olmayan şəxslərin yaşa­yış yeri üzrə qeydiy­yata alın­ması; Azərbaycan Respublikasının ərazisində mü­vəq­qəti və daimi yaşamaq üçün icazə almış əcnəbilərə və vətəndaşlığı olmayan şəxs­lərə müvafiq vəsiqələrin verilməsi; Azər­baycan Res­publikasına gələn əcnəbi­lərin və vətəndaşlığı olmayan şəxslərin ölkə­də müvəqqəti olma müddətinin uzadıl­ması; Azərbaycan Respublikası Dövlət Miqra­siya Xidmətinin vahid miqrasiya məlu­mat sistemi vasitəsilə Azər­bay­can Respublika­sın­da yaşayan və müvəqqəti olan əcnəbi­lərin və vətəndaşlığı olmayan şəxs­lərin uço­tunun aparılması və digər aktual məsə­lələri təmin edir.

 

«Bir pəncərə» prinsipi tətbiq ediləndən indiyə qədər Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxs­lər tərəfindən 100 mindən artıq müra­ciət daxil olmuş, hər bir müraciət Azər­baycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilmişdir.

 

Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 2009-cu il 9 iyun tarixli 88 saylı qərarı ilə təsdiq edilmiş «Əc­nəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəq­qəti olma müddətinin uzadılması Qayda­ları», habelə 2009-cu il 30 iyun tarixli 102 saylı qərarı ilə təsdiq edilmiş «Əc­nəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azər­baycan Respublikasında müvəqqəti ya­şamaq üçün icazənin verilməsi Qaydaları» əcnəbilərin və vətəndaşlığı olmayan şəxs­lərin öl­kə ərazisində müvəqqəti olma və ya­şama müddətləri ilə bağlı vacib normativ hüquqi aktlar sırasındadır.

 

Miqrasiya sahəsində meydana çıxan problemlərin operativ həlli, habelə müraciət və şikayətlərə operativ baxılmasının təmini məqsədilə tətbiq edilmiş mü­hüm   ye­ni­lik­lərdən biri də 1 dekabr 2008-ci il tarixdən Dövlət Miqrasiya Xidmə­tinin Miq­rasiya Məlumat Mərkəzinin fəaliyyətə başla­ması ol­muş­dur. Azərbaycan, rus və ingi­lis dillə­rində daxil olan sualların müvafiq dildə cavablandırılması istər xidməti fəaliy­yətimizdə şəf­faflığın təmini, istərsə də vətəndaşların lazımi infor­masiya ilə tə­mi­ni baxımından mühüm əhə­miyyət kəsb edir. Əcnəbilər və vətəndaşlığı ol­ma­yan şəxslər (012) 919 saylı nömrəyə zəng vurub Miqrasiya Mə­lu­mat Mərkəzinə müraciət etməklə, on­ları maraq­landıran mə­sələlər üzrə lazımi məlumatları əldə edə bilirlər.

 

Regionların sürətli sosial-iqtisadi inkişafı ilə əlaqədar miqrasiya proseslərinin «episentri»nin mərkəzdən bölgələrə keçməsi Dövlət Miqrasiya Xidmətinin paytaxt­dan kə­narda regional idarələrinin yaradılması zərurətini də meydana çıxarmışdır. Xidmətin fəaliyyətinin genişləndirilməsi məqsədi ilə qurumun regi­onal idarə­lərinin təşkili işi bu gün uğurla davam etdirilir. Regionlarda miqra­siya proseslərinin tən­zimlənməsi, bu sa­hədə meydana çıxan problemlərin operativ həlli məqsədi ilə son illərdə Bakı, Şirvan, Yevlax, Lənkəran və Xaçmaz şəhərlərində regional idarələr, qa­nun­suz miqrantların saxlanılması mərkəzləri yaradılmış, onların nor­mal fəaliyyəti üçün müasir inzibati binalar inşa olun­muşdur.

 

Cənab Prezidentin xüsusi qayğısı nəticəsində Dövlət Miqrasiya Xid­mə­ti üçün paytaxtın Binəqədi rayonu ərazisində hər cür şəraitə malik, müasir memarlıq üslubunda 7 mərtəbəli binanın inşası və ən müasir avadanlıqlarla təchiz edil­məsi fəaliy­­­yəti­mizin səmərəliliyini daha da artırmışdır. Böyük qurur hissi ilə qeyd etmək istərdim ki, 2010-cu ilin 25 may tarixində bina­nın açılışını bildirən rəmzi lenti kəsən dövlət başçısı cənab İlham Əliyev bu əlamətdar hadisə münasibəti ilə qu­ru­mun kollektivini təbrik etmiş, dəyərli tövsiyə və tapşırıqlarını vermiş­dir.

 

Azərbaycanın hazırkı sosial-iqtisadi inkişafı dövründə Dövlət Miqrasiya Xid­mə­tinin üzərinə mühüm vəzifələrin düşdüyünü deyən möhtərəm Prezident İlham Əli­yev xüsusən də qeyri-qanuni miqrasiyaya qarşı mübarizənin gücləndirilməsi zəru­riliyini önə çəkmişdir: «İndi biz dünya iqtisadiyyatına inteqrasiya edirik. Azərbaycana xaricdən gə­lən­lərin sayı artır. Azərbaycan vətəndaşları başqa ölkələrdə işləyirlər. Bu, normal prosesləridir. Əsas odur ki, bütün bu işlər qanun çərçivəsində tənzimlənsin və iqtisadi ma­raq­larımız tam şəkildə təmin olunsun. Azərbaycanda bütün təh­lükəsizlik tədbirləri mak­simum dərəcədə təmin olunsun. Biz yaxşı bilirik ki, daxildə ölkənin təhlükəsizliyinə səbəb ola biləcək heç bir amil yoxdur. Ona görə biz ilk növbədə sərhədlərimizi möhkəmləndirməliyik və bunu edirik. O cümlədən Miqra­siya Xidmətinin xətti ilə görülən təd­birlər həm iqtisadi maraqlarımızı qoruyacaq, eyni zamanda, insanlarımızın rahat, təhlükəsiz həyatını təmin edəcəkdir».

 

Müasir eksteryerə malik binada xidməti otaqlarla yanaşı, Heydər Əliyev muzeyi, kitabxana, təlim-tədris mərkəzi, əcnəbilərin və vətəndaş­lığı olmayan şəxslərin qə­bulu və gözləmə zalları yaradılmışdır.

 

Bundan başqa, binada miq­ra­siya proseslərinin dina­mikası ba­rə­də təsəv­vürü for­malaşdıran Vahid Miq­rasiya Məlumat Sistemi qu­­raşdırılmışdır ki, məhz bu sis­tem qeyri-qanuni miq­rasiya ilə müba­ri­zə və təh­lükəsiz­liyin təmini sahəsində mü­vafiq tədbirlərin görül­məsi üçün əlve­rişli şərait yara­dır. Sözügedən sistem vasitəsilə əc­nəbilərin və və­tən­daşlığı olmayan şəxslərin ölkə ərazi­si­nə daxil olduqdan sonra harada və hansı işlə məşğul olması müşahidə edilir, onlar cid­di nəza­rət­də saxlanılır. Eyni zamanda, nəza­rətin gücləndirilməsi məqsədilə yeni in­zibati binada Dövlət Miqrasiya Xidmətinin Bakı, Şirvan, Yev­lax, Lənkəran və Xaçmaz re­gi­o­­nal idarə­lərinin, həm­çinin qanunsuz miq­­rantların saxlanılması mərkəzlərinin bir­başa vi­deo­müşahidəsi də təmin olun­muşdur. 

 

2010-cu il Dövlət Miqrasiya Xidməti üçün təkcə ən müasir tələblərə cavab verən mərkəzi inzibati binanın istifadəyə verilməsi ilə deyil, həm də bu sahə üzrə bir sıra fərman və sərəncamların imzalanması ilə əlamətdar olmuşdur. Azər­baycan Respublikası Prezidentinin 2010-cu il 17 mart tarixli «Azərbaycan Res­pub­likası miq­rasiya orqanları işçilərinin peşə bayramı gününün təsis edilməsi haq­qın­da» Sərən­camına əsasən, hər il martın 19-u (Azərbaycan Respublikası Dövlət Miq­­­­­rasiya Xidmətinin yaradıldığı gün) miqrasiya orqan­ları işçilərinin peşə bayramı günü ki­mi qeyd olunacaqdır.

 

Dövlət başçısının 2010-cu il 13 dekabr tarixli «Azərbaycan Respublikasının Döv­lət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rüt­bə­si olan işçilərin xüsusi geyim for­ması və fərqlənmə nişanları haqqında Əsas­na­mə»nin və «Azərbaycan Respub­likası­nın Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçi­lərin xü­susi geyim formasının və fərqlənmə nişanlarının təs­virləri»nin təsdiq edilməsi ba­rə­də, habelə 2010-cu il 29 dekabr tarixli «Azərbaycan Respublikası Dövlət Miq­ra­siya Xid­­mətinin rəsmi emblemi haqqında», 15 iyul 2010-cu il tarixli “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə, 4 iyun 2010-cu il tarixli “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərmanları Dövlət Miqrasiya Xidmətinin fəaliy­yətinin ən müasir tələblər səviyyəsində qurulması məqsədinə xidmət edir.

 

Miqrasiya sahəsində dövlət siyasətinin təkmilləşdirilməsi, bu sahədə ən modern iş üsul və vasitələrinin tətbiqi Dövlət Miqrasiya Xidmətinin son 4 illik fəaliy­yətində pri­oritet istiqamətlərdən birini təşkil edir. Bu məqsədlə inkişaf etmiş ölkə­lərin təcrü­bəsinin mənimsənilərək geniş tətbiqi, milli qanunvericiliyin bey­nəl­xalq stan­dart­lara uyğun­laşdırılması, ikitərəfli və çoxtərəfli əsasda beynəlxalq mü­qavilə­lərin imzalan­ması, digər ölkələrlə qarşılıqlı şəkildə miqrasiya siyasətinin uz­laş­dırıl­ması istiqa­mə­tində də ardıcıl tədbirlər həyata keçirilir. 

 

Azərbaycan Res­pub­likası Dövlət Miq­rasiya Proq­ra­mı­na müvafiq olaraq miqra­siya sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tət­­biqi xüsusi diqqət mərkə­zindədir. Proqram çərçivəsində Azərbaycanın miqrasiya  sahəsin­dəki beynəl­xalq müqa­vi­lələrə qoşulmasının məqsədəuyğunluğu  məsə­ləsi öyrənilir, qeyri-qanuni miq­­rasiya ilə mübari­zədə digər ölkələrin müva­fiq struk­tur­ları ilə əmək­daşlıq əlaqə­ləri geniş­ləndirilir. Müxtəlif beynəlxalq təş­kilatlarla, xüsu­silə Beynəlxalq Miq­ra­siya Təş­ki­latı, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komis­sarlığı, Beynəl­xalq Əmək Təşkilatı, Miqrasiya Siya­sətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM), Avropa İttifaqı, Müs­təqil Döv­lətlər Birliyi kimi təşkilatlarla qu­rul­muş qarşılıqlı faydalı əlaqələr Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin səmərəliliyini daha da artırmışdır.

 

Bundan başqa, son illərdə Rusiya, Türkiyə, İsveçrə, Almaniya, Niderland və di­­gər dövlətlərlə yaradılmış ikitərəfli əməkdaşlıq münasibətləri ölkə­də miqrasiya pro­seslərinin daha çevik idarə olunması prosesinə mühüm töhfələr vermiş­dir. Ötən 4 ildə Dövlət Miq­ra­siya Xidmətinin əməkdaşları beynəlxalq təcrübənin öyrənilməsi məq­sədi ilə müx­təlif elmi-praktiki konfrans­larda, seminarlarda, təcrübə və ixtisasar­tırma kurs­larında, təlim­lərdə, habelə miqrasiya proseslərinin tənzimlən­məsi, qeyri-qanuni miqra­siyaya qarşı mübarizə sahəsində əməkdaşlıq perspektiv­ləri­nin mü­zakirə olunduğu digər tədbirlərdə iştirak etmişlər.

 

Beynəlxalq əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndə heyəti bu ilin fevral ayında Türkiyə Respublikasının Daxili İşlər, Əmək və Sosial Müdafiə Nazirliklərinin dəvəti ilə qardaş ölkədə rəsmi sə­­fərdə ol­muşdur. Səfər çərçivəsində Azərbaycan və Türkiyənin miqrasiya sahə­sin­də dövlət siya­sətini hə­yata keçirən müvafiq qurumları arasında qarşılıqlı fay­dalı əmək­daşlığın inkişaf pers­pek­tivləri müzakirə edilmiş, bir sıra mühüm razılaş­ma­lar əl­də olunmuşdur. Eyni zamanda, Azərbaycanın Türkiyənin miqrasiya sahə­sində­ki zən­­­gin təcrübəsindən yararlan­ması zəru­riliyi vurğulanmışdır.

 

Beynəlxalq təcrübənin öyrənilməsi ilə yanaşı, Miqrasiya Xidməti bu sahədə yük­sək ixtisaslı kadrların hazırlanması məsələsinə də xüsusi diqqət yetirir. Döv­lət Miq­rasiya Xidmətinin təşəbbüsü əsasında 2011-ci ilin fevral ayında Azər­bay­can Prezi­denti ya­nında Dövlət İdarəçilik Akademiyasında «Miqrasiya pro­seslərinin dövlət tənzim­lən­məsi» istiqaməti üzrə qısamüddətli ixtisasartırma kurs­la­rı­nın keçirilməsi də bu ba­xımdan faydalı olmuşdur. Akademiyanın «Rəhbər kadrların ixtisasının artırıl­ması» fakültəsində təşkil olunmuş kurslar miqrasiya sahə­sində aparılan dövlət siyasətinin dövlət  orqan­la­rında çalışan rəhbər işçilərə çatdırıl­masına, izahına və şər­hinə xidmət etmişdir.

 

Bundan başqa, Xidmə­t tərəfindən mütəmadi olaraq ictimaiyyətin maarifləndirilməsi istiqamətində konkret addımlar atılır. Sonuncu belə tədbir bu sahə üzrə ixti­­­sas­laşan jurnalistlər üçün 2011-ci ilin fevralında Xidmə­tin inzibati binasında təşkil edilmiş maarif­­ləndirmə xarakterli seminar olmuşdur. Seminarın keçiril­mə­sində məq­­səd KİV-lə müna­si­bətlərin daha da genişləndirilməsi, habelə miq­rasiya möv­zu­sunda yazan jurna­list­­lərin bu sahə ilə bağlı biliklərinin artırılması, təkmilləşdirilməsidir.

 

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti 4 illik fəaliy­yətində daim ölkə başçı­sı­nın fərman və sərəncamlarını, tapşırıqlarını, tövsiyələ­ri­ni rəh­bər tutmuş, işini ən müasir tələblər sə­viyyəsində qur­ma­ğa çalışmışdır. Möh­tərəm Prezident İlham Əliyevin Dövlət Miqrasiya Xidmətinin inzibati bina­sının açılış mərasimində vurğuladığı kimi, «Miqrasiya Xidmətinin yaranması çox vax­tın­da atılmış addım idi və bu illər ərzində Xidmət formalaşdı, gücləndi. Bu gün Azər­baycanın iqtisadi maraqlarının qorunması üçün Miqrasiya Xidmətinin çox mühüm rolu vardır. Əminəm ki, bundan sonra da Miqrasiya Xidmətinin işi yüksək səviyyədə ola­caq­dır».

 

Milli maraqları əsas tutaraq ölkənin de­moqrafik təhlü­kə­siz­liyinin təmini prosesinə sanballı töhfələr verən, müasir döv­rün qlobal çağırışlarına çevik reak­siya verən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmə­tinin çoxsaylı kol­lektivi bugün­kü peşə bayramını böyük ruh yuksəkliyi ilə, xoş ovqatla qarşılayır. Xüsusi vurğu­lamaq istər­dim ki, möh­tərəm Prezi­dent İlham Əliyevin yüksək diqqət və qayğısı məsuliy­yəti­mizi daha da artırır, bizi daha səylə işləməyə, dövlətə, xalqa səda­qətlə xid­mət göstərməyə sövq edir. Xidmətin hər bir əməkdaşı əmindir ki, cənab İlham Əliyevin yeni dünya niza­mının reallıqlarına cavab verən milli təhlükəsizlik konsep­siyası Azərbaycanın dövlət müstəqilliyinə və onun hərtərəfli uğurlarına ən ciddi tə­mi­nat­dır.

 

 

Arzu RƏHİMOV,

Dövlət Miqrasiya Xidmətinin rəisi,

II dərəcəli dövlət miqrasiya xidməti müşaviri

 

 

 

Regional miqrasiya idarələri