Slider 1
DMX növbəti səyyar xidməti Zaqatalada təşkil edib


Əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən  Dövlət  Miqrasiya  Xidmətinə  edilən  bütün növ müraciətlərin qəbulunu yerində  və  operativ  şəkildə həyata keçirmək məqsədi  ilə  Şəki  regional  miqrasiya  idarəsinin  xidməti  ərazisinə  daxil  olan Zaqatalada səyyar xidmət  həyata  keçirilib.

Zaqatala rayonunda  təşkil edilmiş səyyar xidmətin imkanlarından 55 şəxs  istifadə edib. Belə ki, onlardan 41 əcnəbiyə ölkə ərazisində müvəqqəti, o cümlədən daimi yaşamaq üçün icazə vəsiqələri, 5 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. Həmçinin bir nəfərdən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənəd qəbul edilib. Bundan başqa, 8 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.

Müraciət edənlər səyyar xidmətin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.     

 

Digər xəbərlər
Info

11 nəfər Pakistan İslam Respublikası, 6 ..

Info

Dövlət Miqrasiya Xidmətində Hindist..

Info

Dövlət Miqrasiya Xidmətinin rəisi A..

Info

Dövlət Miqrasiya Xidməti və Dö..