Slider 1
Ağsuda müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi qaydalarına həsr edilmiş tədbir keçirilib


Ağsu şəhərində Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində rayon icra hakimiyyətinin məsul işçilərinin, inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə üzvlərinin, hüquq-mühafizə orqanları əməkdaşlarının, təhsil işçiləri və ictimaiyyət nümayəndələrinin, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə miqrasiya sahəsində hüquqi maarifləndirilmə məqsədilə “Azərbaycan Respublikasına gəlmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib. 

Ağsu rayon icra hakimiyyəti başçısının I müavini Rasim Novruzov tədbirin məqsədi barədə məlumat verib. Sonra Ağsu regional miqrasiya idarəsinin məsul əməkdaşları çıxış ediblər. Dövlət Miqrasiya Xidmətinin fəlaiyyət istiqamətləri haqqında ümumi məlumat verildikdən sonra ölkəmizdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi qaydaları ətraflı şərh olunub. Tədbir iştirakçılarına mövzu ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanmış videoslaydlardan istifadə etməklə ətraflı və geniş məlumat verilib. İcazələrin verilməsi üçün əsaslar, tələb olunan sənədlər barədə izahedici söhbət iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın miqrasiya siyasəti insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, qanun qarşısında bərabərlik və ədalətlilik, miqrasiya qanunvericiliyinin hamılıqla tanınan beynəlxalq hüquq normalarına uyğunluğunun təmin edilməsi, miqrasiya proseslərinin tənzimlənməsində innovativ metodların tətbiqi və şəffaflığın təmin edilməsi prinsiplərinə əsaslanır.

Qeyd edilib ki, həm ölkəmizdəki sabitlik və inkişaf, həm respublikamızın əsrarəngiz təbiəti, həm miqrasiya məsələləri ilə bağlı həyata keçirilən siyasət Azərbaycanı əcnəbilər üçün çox cəlbəedici edib. Buna görə də çoxsaylı turistlər də istirahət üçün Azərbaycanı seçirlər. Turizmin inkişafı isə ölkəmizdə prioritet sahə kimi müəyyənləşdirilib və artıq  “ASAN viza” sistemi vasitəsilə Azərbaycana viza almaq istəyən şəxsə 3 saat ərzində elektron viza verilir. Miqrasiya orqanlarının əməkdaşları da çalışırlar ki, ölkəmizə təşrif buyuran əcnəbilərin miqrasiya ilə bağlı məsələləri operativ şəkildə həll edilsin.

Vurğulanıb ki, miqrant axını dünya ölkələrində iki faktora görə həmişə narahatlıq yaradır: birincisi, milli təhlükəsizlik, ikincisi, əmək bazarının qorunmasıdır. Hər bir dövlət milli təhlükəsizlik maraqlarını təmin etmək, eləcə də daxili əmək bazarını qorumaq üçün qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə aparır. DMX ötən dövrdə bu sahədə bir sıra uğurlara imza atıb.

Tədbirin mövzusu ilə bağlı Xidmət tərəfindən hazırlanmış bukletlər tədbir iştirakçılarına təqdim olunub, onları maraqlandıran suallar qanunamüvafiq qaydada cavablandırılıb. 

Tədbirin sonunda vətəndaşlara səyyar xidmət göstərilib. 5 nəfərə müvəqqəti yaşama və 1 nəfərə daimi yaşama icazələrinin verilməsi, həmçinin 2 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı tələb olunan sənədlərin siyahıları verilib. Bundan əlavə, 1 şəxsə Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi barədə arayış təqdim edilib.

Digər xəbərlər
Info

Masallıda maarifləndirici tədbirdə elekt..

Info

Dövlət Miqrasiya Xidməti İsmayıllıd..

Info

Göygöldə miqrasiya sahəsində h..

Info

11 nəfər Pakistan İslam Respublikası, 6 ..