Slider 1
Masallı Dövlət Regional Kollecində seminar keçirilib


Dövlət Miqrasiya Xidməti (DMX) Masallı Dövlət Regional Kollecində pedaqoji kollektivin və tələbələrin iştirakı ilə “Ölkəmizdə təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə yaşamaq hüququnun verilməsi qaydaları” mövzusunda hüquqi maarifləndirmə seminarı keçirib.

Lənkəran regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Masallıda təşkil edilmiş tədbirdə iştirak edənlərin nəzərinə çatdırılıb ki, Miqrasiya Məcəlləsinin 44-cü maddəsində qeyd olunduğu kimi Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkənin ərazisində müvəqqəti yaşamaq üçün icazə DMX tərəfindən verilir. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə DMX respublika ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edir.

Müvəqqəti yaşamaq üçün icazə verildiyi hallardan biri də əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkənin ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil almasıdır. Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil almaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təhsil vizası ilə ölkəyə gəlməli və ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Lakin ümumtəhsil müəssisələrində təhsil alan bəzi əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində yaşama hüququ verən sənədlərinin, eləcə də başqa ölkədə anadan olmuş şagirdlərin şəxsiyyətini təsdiq edən sənədlərin olmaması kimi problem hələ də qalmaqdadır. Bu da onların buraxılış imtahanlarında iştirakı zamanı müəyyən çətinliklər yaradır. Görüşdə əcnəbi təhsil alanların bu cür hallarla üzləşməməsi üçün təhsil müəssisələrinin məsul şəxslərinin qeyd edilən məsələyə xüsusi diqqət yetirmələrinin vacibliyi diqqətə çatdırılıb.

Seminarın sonunda suallar cavablandırılıb.

Digər xəbərlər
Info

11 nəfər Pakistan İslam Respublikası, 6 ..

Info

Dövlət Miqrasiya Xidmətində Hindist..

Info

Dövlət Miqrasiya Xidmətinin rəisi A..

Info

Dövlət Miqrasiya Xidməti və Dö..