Slider 1
Dövlət Miqrasiya Xidmətində  BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndə heyəti ilə görüş keçirilib


Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vəli Nağıyev ölkəmizdə səfərdə olan BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (BMT QAK)  Əməliyyatlar üzrə yardımçısı (müavini) Corc Okos-Obbonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə V.Nağıyev DMX haqqında ümumi məlumat verib. Qeyd edib ki, Azərbaycan Respublikası ölkəmizdə olan qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində BMT QAK ilə səmərəli əməkdaşlıq edir. Həmçinin təşkilatın Azərbaycandakı Nümayəndəliyi ilə Xidmət arasında qaçqın statusunun müəyyənləşdirilməsi, sığınacaq axtaran şəxslərin mənşə ölkələrinə könüllü surətdə qaytarılması və digər maraq kəsb edən mövzularda müntəzəm olaraq işgüzar görüşlər keçirilir. Hazırda BMT QAK ilə birgə “Şərqi Avropada və Cənubi Qafqazda Sığınacaq Sistemlərinin Keyfiyyətinin Artırılması Təşəbbüsü” (ŞACQKT) layihəsi müvəffəqiyyətlə həyata keçirilir. ŞACQKT layihəsinin ikinci mərhələsi çərçivəsində DMX-nin qaçqın statusunun müəyyənləşdirilməsi prosesinə cəlb olunan əməkdaşları respublikamızda və xarici ölkələrdə təşkil edilmiş müxtəlif təlim və seminarlarda iştirak edirlər. Milli sığınacaq sistemlərində  keyfiyyətin artırılması (boşluqların müəyyən edilməsi və onların həlli yollarının tapılması), Avropa sığınacaq kurrikulumu vasitəsilə sığınacaqla əlaqədar təlim bacarıqlarının təkmilləşdirilməsi və s. komponentləri əhatə edən layihənin effektiv şəkildə həyata keçirilməsi, mövcud vəziyyətin və gələcək planların müzakirə edilməsi məqsədilə mütəmadi olaraq Layihənin İcra Şurasının görüşləri təşkil edilir.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə qaçqınlara əlavə himayə ilə bağlı məsələlərdən bəhs olunub. Qaçqınların inteqrasiyasına dair müzakirələr aparılıb.

Səfərinin məqsədi BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti və ölkəmizdə qaçqınların, məcburi köçkünlərin və qaçqın statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin sosial problemlərinin həlli sahəsində görülən işlərlə tanış olmaq, eləcə də qlobal və regional səviyyədə didərginlik probleminin həlli üçün birgə səylərin göstərilməsi üzrə dövlət rəsmilərilə fikir mübadiləsi aparmaq olan  Corc Okos-Obbon DMX-də təşkil edilmiş görüşə görə minnətdarlıq edib. İkitərəfli əlaqələrin perspektivlərinə toxunub. Müzakirə edilən mövzuların əhəmiyyətini qeyd edib.

Görüşdə Ali Komissarın yardımçısı, BMT QAK-nın Avropa Regional Bürosunun direktor müavini Andjela Li Rosi, BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Furio De Angelis və qurumun digər məsul əməkdaşları iştirak ediblər.

Digər xəbərlər
Info

Dövlət Miqrasiya Xidmətinin rəisi N..

Info

Neftçalada əcnəbi və vətəndaşlığı..

Info

Dövlət Miqrasiya Xidməti Neft&ccedi..

Info

Masallıda maarifləndirici tədbirdə elekt..