Slider 1
Beynəlxalq Miqrasiya Təşkilatı Şurasının 108-ci sessiyası keçirilir


Noyabrın 28-də Cenevrə şəhərində yerləşən Millətlər Sarayında Beynəlxalq Miqrasiya Təşkilatı Şurasının 108-ci sessiyası öz işinə başlayıb. Dekabrın 1-dək davam edəcək sessiyanın açılışında gündəliyə uyğun olaraq əvvəlcə təşkilati məsələlərə baxılıb. Məsul şəxslərin seçilməsindən sonra quruma üzvlüklə bağı müraciət edən Kuba Respublikası və Kuk Adalarının namizədliyi səsə qoyulub və yekdilliklə Təşkilatın üzvü seçiliblər. Daha sonra müşahidəçi qismində təmsilçilik üçün müraciətlərə baxılıb. Küveyt Dövlətinin, bir sıra beynəlxalq təşkilatların, eləcə də qeyri-hökumət təşkilatlarının BMqT Şurasında müşahidəçi qismində iştirakı səsvermə yolu ilə təsdiqlənib.

Sessiyada BMqT-nin baş direktoru Uilyam Leysi Svinq geniş hesabat məruzəsi ilə çıxış edib. Təşkilatın yaranması, fəaliyyəti barədə ətraflı məlumat verən baş direktor  Beynəlxalq Miqrasiya Təşkilatı Şurasının 108-ci sessiyası çərçivəsində qlobal miqrasiya proseslərinin müxtəlif aspekt­­­lərini  əhatə edən mövzuların müzakirə olunacağını deyib.

U.L.Svinq dünyada miqrasiya proseslərinin hazırkı vəziyyətini əks etdirən statistik rəqəmləri sessiya iştirakçılarının nəzərinə çatdırıb.

Sonra təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiya üzrə qlobal kompaktla bağlı BMT Baş Assambleyasının Prezidenti Miroslav Lajcak, Beynəlxalq Miqrasiya üzrə BMT Baş Katibinin Xüsusi Nümayəndəsi Luiza Arbur çıxış ediblər. Çıxış edənlər miqrasiya siyasəti və mexanizmlərinin daha da təkmilləşdirilməsi, təşkilatın fəaliyyətinin hazırkı durumu və gələcək perspektivləri barədə danışıblar. 

Sessiya çərçivəsində “Miqrantların inteqrasiyasını və sosial vəhdəti təşviq edən innovativ tərəfdaşlıqlar vasitəsilə əməkdaşlıq”, “Dünya Miqrasiya Hesabatı 2018: qloballaşan dünyada miqrasiya və mobilliyi (yerdəyişmə) anlamaq” və “Təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiyaya dair qlobal kompakt çərçivəsində miqrasiya və iqlim dəyişikliyi ilə bağlı məsələlərin həlli üçün imkanlar” mövzularında yüksək səviyyəli panellərin keçirilməsi planlaşdırılır.

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev və Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi  Vaqif Sadıqov sessiyanın işində iştirak edirlər.

Digər xəbərlər
Info

Dövlət Miqrasiya Xidmətinin rəisi N..

Info

Neftçalada əcnəbi və vətəndaşlığı..

Info

Dövlət Miqrasiya Xidməti Neft&ccedi..

Info

Masallıda maarifləndirici tədbirdə elekt..