Miqrasiya qaydaları

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən artıq ola bilməz.Bu müddət bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.

Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti  olan (o cümlədən olkə daxilində olduğu yeri dəyişdikdə) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər hər hansı dövlət rüsumu ödəmədən Aərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən olduğu yer üzrə qeydiyyata alınmaq üçün qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdriyyətinə və ya mənzilin, digər yaşayış sahəinin sahibinə müraciət etməlidir.

Elektron vizada göstərilən müddətdən artıq ölkə ərazisində qalan və ya olduğu yer üzrə qeydiyyata alınmayan (10 gündən artıq qaldıqda) yaxud bir yerdən başqa yerə getdikdə olduğu yer üzrə qeydiyyat qaydalarına əməl  etməyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunla müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilirlər (Bu qaydaların pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur).

Elektron viza əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikaında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq hüququ vermir.Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq niyyətində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində müəyyən edilmiş qaydada əmək vizası (ölkədə qalma müddəti 90 günədək müəyyən edilir) almalıdırlar.

Azərbaycan Respublikasının ərazisində həm müvəqqəti yaşamaq, həm də haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində müəyyən edilmiş qaydada müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar.

Digər xəbərlər
Info

Viza ilə Azərbaycan Respublikasına gələn..

Info

Azərbaycan Respublikasında daimi yaşamaq..

Info

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxs..

Info

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxs..