Slider 1
Dövlət Miqrasiya Xidməti tərəfindən Mingəçevir Dövlət Universitetində keçirilən tədbir maraqla qarşılanıb


Mingəçevir Dövlət Universitetinin bələdiyyə və inzibati idarəetmə, turizm fakultəsi tələbələrinin və müəllim heyətinin iştirakı ilə  təşkil edilmiş tədbirdə diqqətə çatdırılıb ki,  Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən göstərilən diqqətin nəticəsidir ki, müasir dövrümüzdə təkcə paytaxtda yox, həmçinin regionlarda da əsaslı abadlıq-quruculuq işləri görülüb, müasir tələblərə uyğun infrastruktur yaradılıb. Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və hotellər dünya standartlarına uyğun qurulub və  bu gün respublikamız perspektivli turizm ölkəsinə çevrilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuş və miqrasiya proseslərinin idarə edilməsi, həmçinin tənzimlənməsində innovativ metodların tətbiqi və şəffaflığın təmin edilməsi prinsiplərini prioritet kimi müəyyən edən Dövlət Miqrasiya Xidməti ölkəmizə təşrif buyuran hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin, ölkədə olma və yaşama qaydalarına əməl etmələrinin təmin olunması, onlara rahat, operativ və şəffaf xidmət üçün beynəlxalq standartlara cavab verən tədbirləri davam etdirir.

Görüşdə əcnəbilərin Azərbaycan Respublikasına səfərlərini asanlaşdırmaq məqsədilə “ASAN Viza” sisteminin tətbiqi, onların ölkədə qaldıqları müddətdə qeydiyyat qaydalarının sadələşdirildiyi barədə məlumat verilib.

Tədbirdə hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin ölkə ərazisində 10 gündən artıq qalmaq istədiyi halda qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasına gəldiyi vaxtdan 10 gün ərzində Dövlət Miqrasiya Xidmətində olduğu yer üzrə qeydiyyata düşməsi prosedurları barədə izahedici söhbət aparılıb. Diqqətə çatdırılıb ki, Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə görə əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi qəbul edən tərəf  - mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana yaxud başqa belə ictimai yerlərin müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi əcnəbinin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun və ya digər sərhədkeçmə sənədinin surətini Xidmətin rəsmi saytının (www.migration.gov.az) elektron xidmətlər bölməsi vasitəsilə onlayn qaydada və ya regional miqrasiya idarələrinə birbaşa təqdim etməlidir.

Olduğu yer üzrə qeydiyyata alınmaları üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də qanunvericiliklə müəyyən olunmuş qaydada müraciət edə bilərlər. Əcnəbi və vətəndaşlığı olmayan şəxslər olduqları yer üzrə qeydiyyat ünvanlarını dəyişərlərsə bu barədə mütləq DMX-nə məlumat verməlidirlər.

Həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, haqqı ödənilən əmək fəaliyyətini həyata keçirimələri üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması barədə məlumat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Görüşdə Miqrasiya Məcəlləsinin geniş şərhi verilib.

Tədbirin sonunda əcnəbilərin ölkəyə girişinə tətbiq edilən məhdudiyyətlər, əcnəbiləri qəbul edən hüquqi və fiziki şəxslərin məsuliyyəti, vətəndaşlığa qəbul ilə bağlı, Qanunsuz Miqrantların Saxlanılması mərkəzlərinin fəaliyyətilə əlaqədar iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər
Info

Dövlət Miqrasiya Xidmətinin rəisi N..

Info

Neftçalada əcnəbi və vətəndaşlığı..

Info

Dövlət Miqrasiya Xidməti Neft&ccedi..

Info

Masallıda maarifləndirici tədbirdə elekt..