Viza ilə Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin nəzərinə!

Azərbaycan Respublikası ərazisində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları və  vəzifələri Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi ilə müəyyən olunur. Miqrasiya Məcəlləsinin 76.3-cü maddəsinə əsasən  Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərinə riayət etməlidirlər.

Nəzərə çatdırırıq ki, viza əsasında  Azərbaycan Respublikasına gələn əcnəbilərin gəlişinin bəyan edilmiş məqsədi onlara verilən  vizalardakı səfərin  məqsədinə uyğun olmalıdır.  Ölkəmizə gələn  əcnəbilərə rəsmi, işgüzar, elm, təhsil, əmək, turizm, mədəniyyət, idman, humanitar, müalicə və şəxsi səfər məqsədləri ilə vizalar verilir.

Bu qaydaların pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur.

Eyni zamanda, əcnəbilər Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərkən, onların bu qaydalara əməl etmələri  tövsiyə edilir. 

Digər xəbərlər
Info

Miqrasiya qaydaları..

Info

Azərbaycan Respublikasında daimi yaşamaq..

Info

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxs..

Info

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxs..