Slider 1
Dövlət Miqrasiya Xidməti Astarada növbəti səyyar xidmət təşkil  edib


Regional miqrasiya idarəsindən nisbətən uzaqda yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin müraciətlərini asanlaşdırmaq və onlara müvafiq sənədlərin təqdim olunmasını təmin etmək, eləcə də əcnəbi və vətəndaşlığı olmayan şəxslərin göstərilən xidmətlərdən məmnunluğunun artırılması məqsədilə Astara rayon mərkəzi kitabxanasında səyyar xidmət həyata keçirilib.

Səyyar xidmətin imkanlarından müraciət edən 15 şəxs  istifadə edib. Onlardan 9 şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, 2 nəfərə  vətəndaşlıq mənsubiyyətinin  müəyyən olunması ilə bağlı arayış təqdim olunub. 4 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.

Görüş zamanı müraciət edənlərə olduğu yer üzrə qeydiyyat qaydaları, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və digər mövzularda məlumat verilib, suallar cavablandırılıb.

Digər xəbərlər
Info

Dövlət Miqrasiya Xidmətinin rəisi A..

Info

Dövlət Miqrasiya Xidməti və Dö..

Info

Dövlət Miqrasiya Xidməti Quba &ldqu..

Info

Azərbaycan Respublikası Dövlət..