Slider 1
Dövlət Miqrasiya Xidməti tərəfindən “Beynəlxalq Sülh Günü” ilə əlaqədar regionlarda tədbirlər keçirilib


21 sentyabr bütün dünya ölkələrində "Beynəlxalq Sülh Günü" kimi qeyd olunur. Bununla əlaqədar ənənəvi olaraq 21 avqust – 21 sentyabr tarixlərində ölkəmizdə müxtəlif tədbirlər həyata keçirilir.

Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müddəaları əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən Xaçmaz regional miqrasiya idarəsinin əhatə etdiyi Qusar rayonunda, Şəki regional miqrasiya idarəsinin əhatə etdiyi Zaqatala rayonunda və Lənkəran Dövlət Universitetində rayon ictimaiyyətinin iştirakı ilə tədbirlər keçirilib.

Keçirilən tədbirlərdə əhalinin miqrasiya sahəsində qanunvericiliyin tələbləri barədə maarifləndirilməsi istiqamətində DMX tərəfindən görülmüş işlər və əldə edilmiş nəticələrə toxunulub. Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları “Azərbaycan Dövlətinin yeritdiyi sülhsevər siyasət və bu siyasətin miqrasiya prosesinin tənzimlənməsinə təsiri”, “Miqrantların hüquqlarının müdafiəsi Dövlət Miqrasiya Xidmətinin vəzifələrindən biri kimi” və “Miqrantların cəmiyyətə inteqrasiyası” mövzularında məruzələrlə çıxış ediblər. Tədbirlərdə Azərbaycan dövlətinin müxtəlif mədəniyyətlərin inkişafını dəstəkləməklə yanaşı, mədəni qrupların sosiallaşmasına geniş imkanlar açdığına toxunulub.  Son illər  ölkəmizə gələn əcnəbilərin sayında ciddi artım müşahidə olunur. Vaxtı ilə istirahət üçün Avropaya gedənlər artıq turist kimi Azərbaycana gəlməyi üstün tuturlar. Çünki Azərbaycan sabit və tolerant ölkədir. Azərbaycandakı milli həmrəylik və xalqlar arasındakı dostluğun qürurverici olduğunu deyən məruzəçilər, diqqətə çatdırıblar ki, 2007-ci ildə dünyada miqrasiya ilə bağlı indiki kimi gərgin bir vəziyyətin olmadığı bir vaxtda Prezident İlham Əliyev gələcək inkişaf proseselərini qabaqcadan proqnozlaşdıraraq Dövlət Miqrasiya Xidmətini yaratdı ki, Azərbaycanda olan miqrantlar özlərini rahat şəraitdə hiss etsinlər. Tədbirlərdə o da qeyd edilib ki, Azərbaycan xalqının Beynəlxalq Sülh Gününü tam mahiyyəti üzrə qeyd etməsi isə, təbii ki, Ermənistanın Azərbaycana təcavüzünə son qoyulmasından, Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir.

Dövlət Miqrasiya Xidməti tərəfindən təşkil olunan tədbirdə əhalinin hüquqi təfəkkürünün və hüquq mədəniyyətinin inkişaf etdirilməsinin, insan haqları və hüquqlarının müdafiəsinin, ayrı-seçkiliyin yolverilməzliyinin, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə təşkil etdiyi tədbirlərdə mövzularla bağlı ictimaiyyət nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər
Info

Dövlət Miqrasiya Xidmətinin rəisi A..

Info

Dövlət Miqrasiya Xidməti və Dö..

Info

Dövlət Miqrasiya Xidməti Quba &ldqu..

Info

Azərbaycan Respublikası Dövlət..