Dövlət Miqrasiya Xidməti 10-cu ildönümü münasibəti ilə müsabiqə elan edir  

Dövlət Miqrasiya Xidməti 10-cu ildönümü

münasibəti ilə müsabiqə

 

E L A N   E D I R

Müsabiqənin keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini Azərbaycan Respublikasında miqrasiya proseslərinin tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlərə və Dövlət Miqrasiya Xidmətinin 10 illik fəaliyyəti dövründə əldə olunan nailiyyətlərə cəlb etmək, eləcə də miqrasiya problemlərinin həllinə istiqamətləndirməkdir.

Müsabiqə 3 nominasiya üzrə keçirilir – film; təsviri sənət (rəngkarlıq); fərdi jurnalist məqaləsi.

 

Müsabiqə qalibləri üçün aşağıdakı mükafatlar təsis olunur:

 

                                           Ən yaxşı sənədli film üzrə

I yer – 1-ci dərəcəli diplom və 2.000 (iki min) AZN məbləğində pul mükafatı;

II yer – 2-ci dərəcəli diplom və 1.500 (bir min beş yüz) AZN məbləğində pul mükafatı;

III yer – 3-cü dərəcəli diplom və 1.000 (bir min) AZN məbləğində pul mükafatı.

 

  Həvəsləndirici 1 yer:

  fəxri fərman və 800 (səkkiz yüz) AZN məbləğində pul mükafatı.

                                          

                                           Ən yaxşı rəsm əsəri üzrə

                                                     rəngkarlıq

I yer – 1-ci dərəcəli diplom və 1.000 (bir min) AZN məbləğində pul mükafatı;

II yer – 2-ci dərəcəli diplom və 800 (səkkiz yüz) AZN məbləğində pul mükafatı;

   III yer – 3-cü dərəcəli diplom və  500 (beş yüz)  AZN  məbləğində  pul mükafatı.

 

Həvəsləndirici 3 yer:

          fəxri fərman (hər birinə) və 300 (üç yüz) AZN məbləğində pul mükafatı.

 

                                            Ən yaxşı məqalə üzrə


I yer – 1-ci dərəcəli diplom və 1.000 (bir min) AZN məbləğində pul mükafatı;

II yer – 2-ci dərəcəli diplom və 700 (yeddi yüz ) AZN məbləğində pul mükafatı;

III yer – 3-cü dərəcəli diplom və 500 (beş yüz) AZN məbləğində pul mükafatı.

 

 Həvəsləndirici 3 yer:

 fəxri fərman (hər birinə) və 300 (üç yüz) AZN məbləğində pul mükafatı.

                                             

                                                Müsabiqənin şərtləri:

  • Müsabiqədə yaşından asılı olmayaraq bütün yaradıcı şəxslər iştirak edə bilərlər.
  • Müsabiqəyə təqdim olunan əsərlərin üzərində müəllif barədə məlumatlar göstərilmir. Həmin məlumatlar anketdə əks etdirilir (anketin forması qaydalara əlavə olunur) və zərfə qoyulur. Həm əsərin arxasında, həm də zərfin üzərində şərti ad qeyd olunur.
  • “Ən yaxşı sənədli film”, nominasiyası üzrə işlər müvafiq qaydada doldurulmuş anketlə birlikdə 20 dekabr 2016-cı il  tarixədək; “Ən yaxşı rəsm əsəri” və “Ən yaxşı məqalə”  üzrə 15 yanvar 2017-ci il tarixədək Dövlət Miqrasiya Xidmətinin İctimaiyətlə əlaqələr idarəsinə təqdim edilməlidir.
  • Təsviri sənət üzrə iştirakçılar müsabiqəyə 90x70 santimetr ölçüdən kiçik olmamaqla əsərlər təqdim etməlidirlər.
  • Sənədli film üzrə iştirakçılar müsabiqəyə xronometrajı 30 dəqiqədən az və 45 dəqiqədən çox olmamaqla əsər təqdim etməlidirlər.
  • Fərdi jurnalist yazıları (məqalə) üzrə  yazının A4 formatda        (3 nüsxə) çap (müəllifin imzası göstərilməməlidir) və elektron (Arial şriftində - 12, diskdə) variantları təqdim olunmalıdır.
  • Təqdim olunan bütün əsərlər ictimaiyyətin diqqətini Azərbaycan Respublikasında miqrasiya proseslərinin tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlərə və Dövlət Miqrasiya Xidmətinin 10 illik fəaliyyəti dövründə əldə olunan nailiyyətlərə cəlb etməyə, eləcə də miqrasiya problemlərinin həllinə istiqamətləndirməyə yönəlməlidir.
  • Təqdim olunan işlər müsabiqəyədək heç bir yerdə çap, nəşr və yaxud nümayiş etdirilməməlidir.

 

Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:

Ünvan: AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə,  Binəqədi şossesi 202,  

Dövlət Miqrasiya Xidməti Aparatının inzibati binası.

Əlaqə telefonları: (+99412) 562-11-97

 

Digər xəbərlər
Info

DÖVLƏT MİQRASİYA XİDMƏTİ İSMAYILLI ..

Info

Dövlət Miqrasiya Xidməti Tovuzda sə..

Info

Dövlət Miqrasiya Xidməti Göy&c..

Info

Dövlət Miqrasiya Xidməti tərəfindən..