AZ EN RU
logo Aliyev
Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin NƏZƏRİNƏ!  

Azərbaycan Respublikasının Miqrasiya  Məcəlləsinin 54.5.-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə baxılarkən, onların Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyi Dövlət Miqrasiya Xidmətinin, Ədliyyə Nazirliyinin və Təhsil Nazirliyinin mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılır.

Komissiyada verilən suallar əsasən aşağıdakı mövzuları əhatə edir:

-   Azərbaycan Respublikasının dövlət dili;

- əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin  Azərbaycan Respublikasına gələ, Azərbaycan Respublikasında qala və Azərbaycan Respublikasından gedə bilmələri üçün əməl etməli olduqları qaydalar;

-    Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazənin verildiyi hallar;

-    Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin  74-cü, 75-ci, 76-cı maddələrində nəzərdə tutulmuş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri;

-    Azərbaycan Respublikasının müasir  tarixi və mədəniyyəti.

 

Regional miqrasiya idarələri