AZ EN RU
logo Aliyev
Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna əsasən bir ay müddətində müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Şəxs bu barədə Azərbaycan Respublikasının ərazisində olduqda Dövlət Miqrasiya Xidmətinə, ölkə hüdudlarından kənarda olduqda isə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət etməlidir. Ərizə-anketin nümunəsi www.migration.gov.az - Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib.

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir.

Regional miqrasiya idarələri
Elanlar