Çağrı Mərkəzi

Respublikanın istənilən regionundan stasionar telefonlardan habelə, bütün mobil operatorlardan (012) 919 nömrəsini yığaraq  Çağrı Mərkəzinin xidmətlərindən istifadə edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, bölgələrdən (012) 919-a edilən zənglər ödənişsizdir.

(012) 919-a zəng edərkən telefon ton rejimində işləməlidir. Əgər (012) 919-a zəng edib müvafiq düyməni seçdikdən sonra əlaqə kəsilirsə bu sizin telofonunuzun ton rejimində işləməməsi ilə əlaqəlidir. Bu zaman (012) 919-a zəng etdikdən sonra müvafiq düymə seçilməzdən öncə * (ulduz) düyməsini sıxmaqla telefonu ton rejiminə keçirmək olar.

 

Bazar ertəsi - cümə günləri saat 09:00-dan 18:00-dək və şənbə günü saat 09:00-dan 13:00-dək xidmətdən istifadə qaydası

Bazar ertəsi - cümə günləri saat 09:00-dan 18:00-dək, şənbə günü saat 09:00-dan 13:00-dək Dövlət Miqrasiya Xidmətinin Çağrı Mərkəzinə zəng etmiş şəxslərə 3 dildə müraciət etmək imkanı verilir. Belə ki, azərbaycan dili, rus dili və ingilis dilində müvafiq olaraq «1», «2», «3» düymələrini seçdikdən sonra operatora bağlanmaq istəyirsinizsə «0» düyməsini seçirsiniz. Bu zaman ümumi menyu sxemi azərbaycan dili üçün «919-1-0», rus dili üçün «919-2-0», ingilis dili üçün «919-3-0» olacaqdır. Əgər dil seçimi etdikdən sonra xidmətlərlə bağlı məlumat almaq istəyirsinizsə «1» düyməsini seçdikdən sonra olduğu yer üzrə qeydiyyata alınma, müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti yaşamaq icazəsi, daimi yaşamaq icazəsi və əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul  olması barədə məlumat almaq üçün müvafiq olaraq «1», «2», «3», «4», «5» düymələrini seçirsiniz. Bu zaman ümumi menyu sxemi müvafiq olaraq azərbaycan dili üçün «919-1-1», «919-1-2», «919-1-3», «919-1-4», «919-1-5»; rus dili üçün «919-2-1», «919-2-2», «919-2-3», «919-2-4», «919-2-5»; ingilis dili üçün isə «919-3-1», «919-3-2», «919-3-3», «919-3-4», «919-3-5»

 

Dövlət Miqrasiya Xidmətinin iş rejimi barədə məlumat almaq istəyirsinizsə dil seçimi etdikdən sonra «2» düyməsini seçirsiniz. Bu zaman ümumi menyu sxemi azərbaycan dili üçün «919-1-2»; rus dili üçün «919-2-2»; ingilis dili üçün «919-3-2» olacaqdır.   Ətraflı

 

Qeyri-iş saatlarında xidmətdən istifadə qaydası

Qeyri-iş saatlarında Dövlət Miqrasiya Xidmətinin Çağrı Mərkəzinə müraciət etmiş şəxslərə azərbaycan, rus və ingilis dillərində olmaqla 3 dil seçimi təklif olunur.

Bu zaman müraciət etmiş şəxslər avtomatik rejimdə əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması, müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti yaşamaq icazəsi, daimi yaşamaq icazəsi və əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul  olması barədə məlumat əldə edə bilər və ya növbəti iş günündə onlarla Çağrı Mərkəzinin əməkdaşları tərəfindən əlaqə yaradılması üçün zəng sifarişi edə və ya suallarını səsli mesaj vasitəsi ilə göndərə bilərlər. Növbəti iş günündə onlarla Çağrı Mərkəzinin əməkdaşı tərəfindən əlaqə yaradılmasını istəyən şəxslər 4 düyməsini seçdikdən sonra 1 düyməsini seçməklə zəng sifariş etməli və 2 düyməsini seçməklə səsli mesaj vasitəsi ilə suallarını göndərməlidir. Ətraflı