Yanvar 2018-ci il

   Qanuni miqrasiya

  • Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı müraciətlər – 55962
  • Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti  və daimi yaşamaq üçün icazələrin alınması (müddətlərinin uzadılması)  ilə bağlı müraciətlər – 3865        
  • Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin   müəyyənləşdirilməsi ilə bağlı müraciətlər -2241    

Qeyri-qanuni miqrasiya 

Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı qəbul edilmiş qərarların sayı -1635

-   Ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma bağlı qəbul edilmiş 1052 qərardan:

        ölkəni tərk etmələri barədə - 865

        ölkə ərazisində yaşamalarını qanuniləşdirmə barədə - 187

-   Ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı– 433

-  Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulma ilə bağlı - 94

Bunlardan 61-i Miqrasiya Məcəlləsinin 79.1.1-ci maddəsinin (vizası və ya müvəqqəti olma müddətinin uzadılması barədə qərarı, yaxud müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edildikdə), 16-sı Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinəsinin (son 3 il ərzində 2 və daha çox inzibati məsuliyyətə cəlb edildikdə), 17-si isə Miqrasiya Məcəlləsinin digər maddələrinin tələblərinin pozulmasına görə olmuşdur.          

-   Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə sənədinin itirilməsi ilə bağlı- 25

-   Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlərin görülməməsi ilə bağlı - 31

2018-ci ilin yanvar ayı ərzində DMX-nin “Çağrı mərkəzi”-nə 8625 zəng  daxil olmuşdur.