Çoxtərəfli Əməkdaşlıq

1. Konsulluq əlaqələri haqqında Vyana Konvensiyası - 24 aprel 1963-cü il (təsdiq etmə - Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 21 iyul tarixli 224 nömrəli Qərarı)

2. Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Pakt - 16 dekabr 1966-cı il (təsdiq etmə - Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 21 iyul tarixli 227 nömrəli Qərarı)

3. Uşaq hüquqları haqqında Konvensiya - 20 noyabr 1989-cu il (təsdiq etmə - Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 21 iyul tarixli 236 nömrəli Qərarı)

4. Qaçqınların statusu ilə bağlı Konvensiya - 28 iyul 1951-ci il (təsdiq etmə - Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 8 dekabr  tarixli 402 nömrəli Qərarı)

5. Qaçqınların statusu ilə bağlı Protokol – 31 yanvar 1967-ci il (təsdiq etmə - Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 8 dekabr  tarixli 402 nömrəli Qərarı)

6. İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya - 21 dekabr 1965-ci il (təsdiq etmə - Azərbaycan Respublikasının  1996-cı il 31 may tarixli 95-IQ nömrəli Qanunu)

7. Aparteid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Konvensiya - 30 noyabr 1973-cü il (təsdiq etmə - Azərbaycan Respublikasının  1996-cı il 31 may tarixli 96-IQ nömrəli Qanunu)

8. İşgəncələrə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya - 10 dekabr 1984-cü il (təsdiq etmə - Azərbaycan Respublikasının  1996-cı il 31 may tarixli 103-IQ nömrəli Qanunu)

9. Ərdə olan qadının vətəndaşlığı haqqında Konvensiya - 29 yanvar 1957-ci il (təsdiq etmə - Azərbaycan Respublikasının  1996-cı il 31 may tarixli 104-IQ nömrəli Qanunu)

10. Vətəndaşsızlıq hallarının azaldılması haqqında Konvensiya  - 30 avqust 1961-ci il (təsdiq etmə - Azərbaycan Respublikasının  1996-cı il 31 may tarixli 105-IQ nömrəli Qanunu)

11. Apatridlərin statusu haqqında Konvensiya - 28 sentyabr 1954-cü il (təsdiq etmə - Azərbaycan Respublikasının  1996-cı il 31 may tarixli 106-IQ nömrəli Qanunu)

12. BƏT-in İcbari əməyin ləğv edilməsi haqqında Konvensiyası - 25 iyun 1957-ci il (təsdiq etmə - Azərbaycan Respublikasının  2000-ci il 24 mart tarixli 847-IQ nömrəli Qanunu)

13. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya - 4 noyabr 1950-ci il və  onun 1, 4, 6 və 7 nömrəli Protokolları (təsdiq etmə - Azərbaycan Respublikasının  2001-ci il 25 dekabr tarixli 236-IIQ nömrəli Qanunu)

14. Ekstradisiya haqqında Avropa Konvensiyası - 13 dekabr 1957-ci il, onun Əlavə Protokolu - 15 oktyabr 1975-ci il və İkinci Əlavə Protokolu - 17 mart 1978-ci il (təsdiq etmə - Azərbaycan Respublikasının  2002-ci il 17 may tarixli 323-IIQ nömrəli Qanunu)

15. Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiya və onu tamamlayan İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında və Miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə qarşı Protokolları - 12 dekabr 2000-ci il (təsdiq etmə - Azərbaycan Respublikasının  2003-cü il 13 may tarixli 435-IIQ nömrəli Qanunu)

16. Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair Konvensiya - 17 iyun 1999-cu il (təsdiq etmə - Azərbaycan Respublikasının  2004-cü il 13 yanvar tarixli 585-IIQ nömrəli Qanunu)

17. Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında Konvensiya - 29 may 1993 (təsdiq etmə - Azərbaycan Respublikasının  2004-cü il 30 mart tarixli 611-IIQ nömrəli Qanunu)

18. Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında Beynəlxalq Konvensiya – 18 dekabr 1990 (təsdiq etmə - Azərbaycan Respublikasının  1998-ci il 11 dekabr tarixli 581-IQ nömrəli Qanunu)

19. Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyası - 16 may 2005-ci il (təsdiq etmə - Azərbaycan Respublikasının  2010-cu il 11 may tarixli 1002-IIIQ nömrəli Qanunu)

20. "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkçi miqrantlarının və onların ailə üzvlərinin hüquqi statusu haqqında" Konvensiya - 14 noyabr 2008-ci il (təsdiq etmə - Azərbaycan Respublikasının  2010-cu il 30 sentyabr tarixli 1064-IIIQ  nömrəli Qanunu)