Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın reqlamenti


Azər­bay­can Res­pub­li­ka­sı­

Dövlət Miqrasiya Xidməti yanında İc­ti­mai Şu­ra­nın

2017-ci il 07 iyul ta­rix­li, 01 say­lı ic­la­sı­nın qə­ra­rı ilə təs­diq edil­miş­dir

 

 

Azər­bay­can Res­pub­li­ka­sı­ Dövlət Miqrasiya Xidməti ya­nın­da

İc­ti­mai Şu­ra­nın

 

R E Q L A M E N T İ

 

 

1. Ümu­mi müd­dəa­lar

 

    1. Bu Req­la­ment “İc­ti­mai iş­ti­rak­çı­lıq haq­qın­da” Azər­bay­can Res­pub­li­ka­sı­nın Qa­nu­nu­nun 10-cu mad­də­si­nə uy­ğun ola­raq ha­zır­lan­mış­dır və Azər­bay­can Res­pub­li­ka­sı­ Dövlət Miqrasiya Xidməti (bun­dan son­ra “Xidmət”) ya­nın­da İc­ti­mai şu­ra­nın (bun­dan son­ra “Şu­ra”) ic­las­la­rı­nın ke­çi­ril­mə­si qayda­la­rı­nı mü­əy­yən edir.
    2. Dövlət Miqrasiya Xidməti ya­nın­da İc­ti­mai Şu­ra “İc­ti­mai iş­ti­rak­çı­lıq haq­qın­da” Azər­bay­can Res­pub­li­ka­sı­nın Qa­nu­nu­na, Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin 2012-ci il 5 sent­yabr ta­rix­li 2421 nöm­rə­li sə­rən­ca­mı ilə təs­diq edil­miş “Açıq Hö­ku­mə­tin təş­vi­qi­nə da­ir 2012-2015-ci il­lər üçün Mil­li Fəa­liy­yət Pla­nı”nın 4.2-ci bən­di­nə əsa­sən və Azər­bay­can Res­pub­li­ka­sı Na­zir­lər Ka­bi­ne­ti­nin 2014-cü il 30 may ta­rix­li, 171 nöm­rə­li qə­ra­rı ilə təs­diq edil­miş “İc­ti­mai şu­ra­nın və­tən­daş cə­miy­yə­ti ins­ti­tut­la­rı tə­rə­fin­dən se­çil­mə­si­nə da­ir Əsas­na­mə”yə uy­ğun ola­raq ya­ra­dıl­mış­dır.

 

  1. Şu­ra­nın ic­las­la­rı­nın apa­rıl­ma­sının ümu­mi qay­da­la­rı

 

2.1. Şu­ra öz ic­las­la­rı­nı rüb­də bir də­fə­dən az ol­ma­ya­raq ke­çi­rir.

2.2. Şu­ra­nın növ­bə­dən­kə­nar ic­las­la­rı şu­ra üzv­lə­ri­nin ya­rı­dan ço­xu­nun və ya şu­ra­nın səd­ri­nin təşəb­bü­sü ilə ke­çi­ri­lə bi­lər.

2.3. Şu­ra­nın ic­las­la­rı üzv­lə­ri­nin ya­rı­dan ço­xu (50% +1) iş­ti­rak et­dik­də sə­la­hiy­yət­li sa­yı­lır.

2.4. Şu­ra­nın ic­las­la­rı­nı şu­ra­nın səd­ri apa­rır.

2.5. Şu­ra­nın səd­ri ic­las­da iş­ti­rak edə bil­mə­dik­də onun funk­si­ya­sı­nı şu­ra səd­ri­nin müa­vi­ni ic­ra edir.

2.5. Şu­ra­nın qə­rar­la­rı açıq səs­ver­mə yo­lu ilə və ic­las­da iş­ti­rak edən şu­ra üzv­lə­ri­nin adi səs çoxluğu ilə qə­bul edi­lir. Səs­lər bə­ra­bər bö­lün­dük­də, şu­ra səd­ri­nin sə­si həl­le­di­ci sa­yı­lır.

2.6. Şu­ra­nın ic­las­la­rı mü­va­fiq qay­da­da pro­to­kol­laş­dı­rı­lır.

2.7. Şu­ra­nın ic­las­la­rın­da qə­bul edil­miş qə­rar­lar şu­ra­nın səd­ri və ka­ti­bi tə­rə­fin­dən im­za­la­nır.

2.8. Şu­ra­nın ka­ti­bi ic­las­da iş­ti­rak et­mə­dik­də, şu­ra­nın qə­ra­rı ilə onun funk­si­ya­sı­nı şu­ra üzv­lə­rin­dən bi­ri hə­ya­ta ke­çi­rir.

2.9. Şu­ra­nın ic­las­la­rın­da qə­bul olun­muş qə­rar­lar aidiy­yə­ti üz­rə gön­də­ri­lir, bir nüs­xə­si isə Şu­ra­da sax­la­nı­lır.

2.10. Şu­ra üzv­lə­ri­nin ra­zı­lı­ğı Xidmətin mə­sul əmək­daş­la­rı və mü­va­fiq sa­hə­lər üz­rə eks­pert­lər də Şu­ra­nın ic­las­la­rın­da iş­ti­rak edə bi­lər­lər.

 

3. Şu­ra­nın ic­las­la­rı­nın ha­zır­lan­ma­sı və apa­rıl­ma­sı qay­da­la­rı

 

3.1. Şu­ra­nın ic­las­la­rı­nın vax­tı­nı, ye­ri­ni və gün­də­li­yi­nin la­yi­hə­si­ni Şu­ra­nın səd­ri mü­əy­yən edir.

3.2. Şu­ra­nın ic­la­sı haq­qın­da Şu­ra­nın üzv­lə­ri ic­la­sın baş­lan­ma­sı­na azı 5 gün qal­mış xə­bər­dar edilirlər. Sədr ic­la­sın gün­də­li­yi, vax­tı və ye­ri haq­qın­da mə­lu­ma­tı Şu­ra üzv­lə­ri­nə te­le­fon və ya elektron kom­mu­ni­ka­si­ya va­si­tə­lə­ri ilə çat­dı­rır.

3.3. Şu­ra­nın ic­las­la­rı baş­la­­nana­dək ka­tib iş­ti­rak­çı­la­rın qey­diy­ya­tı­nı apa­rır və nə­ti­cə­si ba­rə­də şu­ra səd­ri­nə mə­lu­mat ve­rir.

3.4. Şu­ra­nın səd­ri:

  • İc­la­sı açıq elan edir, gün­də­li­yə çı­xa­rı­lan mə­sə­lə­lər haq­qın­da şu­ra üzv­lə­ri­nə mə­lu­mat verir və gün­də­li­yə əla­və­lə­rin olub-ol­ma­ma­sı­nı ay­dın­laş­dı­rır;
  • İc­la­sın gün­də­li­yin­də­ duran mə­sə­lə­lə­ri sə­sə qo­yur, on­la­rın mü­za­ki­rə­si­ni təş­kil edir;
  • Şu­ra­nın üzv­lə­ri­nə, həm­çi­nin də­vət edil­miş di­gər şəxs­lə­rə çı­xış üçün söz ve­rir;
  • Qə­rar­la­rın qə­bu­lu üçün səs­ver­mə­ni təş­kil edir.

3.5. Mə­ru­zə­çi və ya çı­xış­çı gün­də­lik­də du­ran mə­sə­lə­lər­dən kə­na­ra çıx­dıq­da, ic­la­sa sədr­lik edən on­dan mü­za­ki­rə olu­nan mə­sə­lə­nin ma­hiy­yə­ti ba­rə­də da­nış­ma­ğı tə­ləb edə bi­lər.

3.6. Mə­ru­zə­çi və ya çı­xış­çı req­la­ment­dən kə­na­ra çıx­dıq­da, sədr­lik edən çı­xı­şı kə­sə bi­lər.

3.7. Şu­ra­nın ic­la­sı­nın gün­də­li­yi­nə da­xil olan mə­sə­lə­lə­rin mü­za­ki­rə­si ba­şa çat­dıq­da ic­la­sa sədr­lik edən ic­la­sı bağ­lı elan edir.

3.8. Aşa­ğı­da­kı hal­lar­da Şu­ra­nın ic­la­sı tə­xi­rə sa­lı­na və ya baş­lan­mış ic­las baş­qa vax­ta ke­çi­ri­lə bilər:

  • Ye­tər­say ol­ma­dıq­da;
  • Ic­las­la əla­qə­dar tə­ləb olu­nan sə­nəd­lər və ma­te­ri­al­lar şu­ra üzv­lə­ri­nə təq­dim edil­mə­dik­də;
  • Gün­də­li­yə çı­xa­rı­lan mə­sə­lə­lə­ri bir iş gü­nü ər­zin­də mü­za­ki­rə et­mək müm­kün ol­ma­dıq­da;
  • Şu­ra­nın ic­la­sın­da ba­xı­lan mə­sə­lə­lə­rin hər­tə­rəf­li və ob­yek­tiv araş­dı­rıl­ma­sı­na ma­ne­çi­lik tö­rə­də bi­lə­cək baş­qa hal­lar ol­duq­da.

3.9. İc­las za­ma­ni şu­ra üz­vü­nün etik qay­da­la­ra ria­yət et­mə­mə­si yol­ve­ril­məz­dir.

 

4. Şu­ra­nın ic­las­la­rın­da qə­rar­la­rın qə­bul edil­mə­si qay­da­la­rı

 

4.1. Şu­ra­nın ic­las­la­rın­da qə­rar­lar sa­də səs çox­lu­ğu ilə qə­bul edi­lir.

4.2. Qə­bul edil­miş qə­rar­la ra­zı­laş­ma­yan şu­ra üz­vü ya­zı­lı for­ma­da xü­su­si rəy bil­di­rə bi­lər. Hə­min rəy Şu­ra­nın ic­la­sı­nın pro­to­ko­lu­na əla­və edi­lir.

4.3. Şu­ra­nın ic­las­la­rın­da qə­bul edil­miş qə­rar­la­rın ic­ra­sı­nı Şu­ra­nın səd­ri tə­min edir.

 

5. İc­ti­mai şu­ra­nın səd­ri­nin, səd­rin müa­vi­ni­nin və ka­ti­bin se­çil­mə­si qay­da­sı

 

    1. Dövlət Miqrasiya Xidməti yanında İc­ti­mai Şu­ra­nın səd­ri (bun­dan son­ra - sədr), sədr müa­vi­ni və ka­ti­bi İc­ti­mai şu­ra­nın iclasın­da İc­ti­mai Şu­ra­nın üzv­lə­ri ara­sın­dan açıq səs­ver­mə yo­lu və ic­las­da iş­ti­rak edən üzv­lə­rin sa­də səs çoxluğu və açıq səs­ver­mə yo­lu ilə iki il müd­də­ti­nə se­çi­lir­lər.

 

  1. Şu­ra­nın dai­mi və mü­vəq­qə­ti or­qan­la­rı

 

    1. Şura öz fəa­liy­yə­ti­nin təş­ki­li üçün dai­mi və mü­vəq­qə­ti or­qan­la­rı­nı (ko­mi­tə­lər, ko­missi­ya­lar, eks­pert qrup­la­rı, iş­çi qrup­lar və s.) ya­ra­da bi­lər. Şu­ra­nın dai­mi və mü­vəq­qə­ti orqan­la­rı Şu­ra­nın iclasın­da Şu­ra üzv­lə­rin­dən iba­rət ol­maq­la for­ma­la­şır. Xidmətin və vətəndaş cə­miy­yə­ti insti­tut­la­rı­nın nü­ma­yən­də­lə­ri, eks­pert­lər, el­mi təş­ki­lat­la­rın, o cüm­lə­dən beynəlxalq təşkilat­la­rın nüma­yən­də­lə­ri, ayrı-ay­rı mü­tə­xəs­sis­lər İc­ti­mai şu­ra­nın dai­mi və mü­vəq­qə­ti or­qan­la­rı­nın fəa­liy­yə­ti­nə ödə­niş­siz əsaslar­la cəlb edi­lə bi­lər­lər. İc­ti­mai şu­ra­nın dai­mi və mü­vəq­qə­ti or­qan­la­rı­nın ya­ra­dıl­ma­sı ba­rə­də qərar İc­ti­mai şu­ra­nın ic­la­sın­da sa­də səs çox­lu­ğu və açıq səs­ver­mə yo­lu ilə qə­bul olu­nur.
    2. Şura dai­mi və mü­vəq­qə­ti or­qan­la­rı­nın hü­quq və və­zi­fə­lə­ri on­la­rın ya­ra­dıl­ma­sı haq­qın­da qərar­da gös­tə­ri­lir.
    3. Şuranın dövrü fəaliyyəti ümumi razılıq əsasında tərtib olunan və iclasının qərarı ilə təsdiq olunan iş planına uyğun həyata keçirilir.
    4. Müddətin sonunda Şuraya üzv olan şəxslər tərəfindən Şuranın xətti ilə həyata keçirdikləri fəaliyyətlərə dair fərdi hesabatlar təqdim edilir.
    5. Fərdi hesabatları əks etdirən ümumi hesabat fəaliyyət ilinin sonunda Şura sədri tərəfindən təqdim edilir.

 

  1. Şu­ra­ üzv­lü­yü­nə xi­tam ve­ril­mə­si­nin əsas­la­rı və qay­da­sı

 

    1. Şuranın üzv­lü­yü­nə aşa­ğı­da­kı hal­lar­da xi­tam ve­ri­lə bi­lər:
      1. Şura üz­vü­nün tə­şəb­bü­sü ilə. Bu hal­da İc­ti­mai şu­ra­nın üz­vü Şu­ra­da üzvlüyünə xitam verilmə­si ba­rə­də  səd­rə mü­ra­ci­ət edir;
      2. Şu­ra­da şu­ra üzv­lə­ri­nin sa­yı­nın azal­dıl­ma­sı ba­rə­də qə­rar qə­bul edil­dik­də;
      3. Şura üz­vü əmək qa­bi­liy­yə­ti­ni mü­vəq­qə­ti itir­mə­si ilə əla­qə­dar 6 ay­dan çox müd­dət­də Şuranın fəa­liy­yə­tin­də iş­ti­rak edə bil­mə­dik­də;
      4. Şu­ra üz­vü ar­dı­cıl ola­raq 3 (üç) də­fə və ya il ər­zin­də 6 (al­tı) də­fə üzr­süz sə­bəb­dən Şu­ra­nın ic­las­la­rın­da iş­ti­rak et­mə­dik­də;
      5. Şu­ra­nın üz­vü ba­rə­sin­də ci­na­yət işi­nə bə­ra­ət­ve­ri­ci əsas­lar ol­ma­dan xi­tam ve­ril­dik­də, habelə məh­kə­mə­nin qa­nu­ni qüv­və­yə min­miş it­ti­ham hök­mü və ya tib­bi xa­rak­ter­li məc­bu­ri tədbirlərin tət­bi­qi­nə da­ir məh­kə­mə qə­ra­rı ol­duq­da;
      6. Şura üz­vü mər­kə­zi və yer­li ic­ra ha­ki­miy­yə­ti və yer­li özü­nüi­da­rə­et­mə or­qan­la­rın­da dövlət qulluğuna qəbul edil­dik­də;
      7. Şura üz­vü­nün adı­na xə­ləl gə­ti­rə bi­lə­cək hə­rə­kət­lə­rə və çı­xış­la­ra yol ver­dik­də;
      8. Bu Req­la­ment­lə mü­əy­yən edil­miş qay­da­la­rın po­zul­ma­sın­da təq­sir­li ol­duq­da.

Bu Req­la­men­tin 7.1.1-ci bən­din­də nə­zər­də tu­tul­muş hal is­tis­na ol­maq­la, Şura üzv­lü­yü­nə xi­tam ve­ril­mə­si Şu­ra­nın ic­la­sın­da açıq səs­ver­mə yo­lu və iş­ti­rak edən­lə­rin sa­də səs çox­lu­ğu ilə həll edi­lir.

 

8. Ye­kun müd­dəa­lar

    1. Şuranın Req­la­men­tin­də əla­və və də­yi­şik­lik­lər edil­mə­si tə­şəb­bü­sü ilə Şu­ra hər bir üz­vü çı­xış edə bi­lər. Tək­lif İc­ti­mai şu­ra­nın ic­la­sın­da sə­sə qo­yu­lur və iş­ti­rak edən­lə­rin sa­də səs çox­lu­ğu və açıq səs­ver­mə yo­lu ilə qə­bul olu­nur.
    2. Bu Req­la­ment­də qa­nun­ve­ri­ci­li­yə uy­ğun ol­ma­yan də­yi­şik­lik­lə­rin edil­mə­si yol­ve­ril­məz­dir.
    3. Möv­cud Req­la­ment Şu­ra­nın ic­la­sın­da təs­diq edil­di­yi an­dan qüv­və­yə mi­nir.

 

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur