AZ EN RU
logo Aliyev

03.02.1971-ci ildə Yevlax şəhərində anadan olmuşdur.

1997-ci ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin taktiki sərhəd qoşunları komandiri fakultəsini fərqlənmə ilə bitirmişdir.

Əmək fəaliyyətinə 1988-ci ildə Yevlax rayon Nəqliyyat Ekspedisiya Qovşağı müəssisəsində çilingər kimi başlamışdır.

1989-1990-cı illərdə həqiqi hərbi xidmət keçmişdir.

1991-1993-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

1997-2008-ci illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunlarında, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmişdir.

2008-2010-cu illərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Aparatının immiqrasiya nəzarəti şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

2010-2011-ci illərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Aparatının Miqrasiya nəzarəti baş idarəsi, İmmiqrasiya nəzarəti və deportasiya idarəsinin rəisi vəzifəsində çalışmışdır.

02.2011-03.2011-ci ildə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Aparatının Miqrasiya nəzarəti baş idarəsinin rəis müavini-Miqrasiya tənzimləmə idarəsinin rəisi vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 16 mart 2011-ci il tarixli 1406 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 16 mart 2012-ci il tarixli 2102 nömrəli Sərəncamı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir.

9 medalla təltif edilmişdir.

Ailəlidir. İki övladı var.