AZ EN RU
logo Aliyev

10.12.1953-cü ildə Ermənistanın Vedi rayonunda anadan olmuşdur.

1979-cu ildə Azərbaycan Mühəndis İnşaat İnstitutunun mühəndis-mexanik fakultəsini bitirmişdir.

1976-1979-cu illərdə Qaradağ sement zavodunda çilingər işləmişdir.

1979-1982-ci illərdə Şahbuz rayon Komsomol Komitəsində şöbə müdiri vəzifəsində çalışmışdır.

1980-ci ildə Zaqafqaziya Komsomol Məktəbini bitirmişdir.

1983-cü ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Ali kurslarını bitirmişdir.

1983-2004-cü illərdə Dövlət təhlükəsizlik və milli təhlükəsizlik orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır.

2004-2008-ci illərdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində müxtəlif vəzifələrdə xidmət etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2008-ci il tarixli 2777 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 17 mart 2010-cu il tarixli 814 nömrəli Sərəncamı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir.

3 orden və 17 medalla təltif edilmişdir.

Ailəlidir. Üç övladı var