Slider 1
Qobustanda miqrasiya xidməti barədə maarifləndirici tədbir keçirilib


Ağsu regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Qobustan rayonunda “Vətəndaşsızlıq hallarının aradan qaldırılması”, “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması qaydaları” mövzularında maarifləndirici tədbir keçirilib.

Qobustan Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini müzakirə edilən məsələlərlə bağlı daxil olan müraciətlərdən danışıb. O, xüsusilə Xilmilli kəndində yaşayan Gürcüstan vətəndaşı Qəmbərov Bəhruz Savalan oğlunun övladlarının doğum haqqında şəhadətnamələri ilə əlaqədar müraciətinin rəsmi həlli ilə bağlı məlumat verib.

Tədbirdə Ağsu regional miqrasiya idarəsinin əməkdaşları çıxış edərək vətəndaşsızlıq hallarının aradan qaldırılması, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması qaydalarından, vətəndaşlıq məsələləri və miqrasiya qanunvericiliyi ilə əlaqədar yeniliklərdən bəhs ediblər.

Tədbirin sonunda vətəndaşların müraciətləri dinlənilib, sualları cavablandırılıb. Eyni zamanda 3 nəfər şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi, 1 nəfərə isə müvəqqəti yaşama icazəsinin verilməsi ilə bağlı sənəd siyahısı təqdim edilib.

Digər xəbərlər
Info

Dövlət Miqrasiya Xidməti rəisinin Z..

Info

Azərbaycan ilə Xorvatiya arasında miqras..

Info

Dövlət Miqrasiya Xidmətinin rəisi F..

Info

“ASAN xidmət indeksi” ü..