Slider 1
Dövlət Miqrasiya Xidməti ölkə ərazisində qanunsuz yaşayan 12 əcnəbini saxlayıb


Son günlər Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miq­ra­si­ya­ya qarşı keçi­ril­­miş tədbirlər za­ma­nı ölkə ərazisində qanunsuz yaşayan 5 nəfər Pakistan İslam Respublikası, 2 nə­fər Hindistan Res­­pub­li­ka­sı, 2 nəfər Nepal Krallığı, 1 nəfər Syerra-Leone Respublikası, 1 nəfər Ni­geriya Federativ Res­­pub­li­ka­sı və­tən­da­şı və 1 nəfər ikili vətəndaşlığı (Fələstin və İordaniya Həşimi Krallığı) olan əcnəbi sax­­­lanılıb.

Araşdırma zamanı miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə  inzibati qaydada Azərbaycan Respublikasının ərazisindən çıxarılan və ölkə ərazisinə girişinə məhdudiyyət qoyulan Pakistan vətəndaşı özünü Vasim kimi təqdim edən Zıkar Ullah tərəfindən 5 nəfər həmyerlisinin (Hussain Muhammad Waqar, Ahmad Sarfraz, Haidar Irfan, Ali Faizan, Ahmed Shakeel), 2 nəfər Hindistan vətəndaşının (Ravinder Kumar, Mandal Bhairab) və 2 nəfər Nepal Krallığı vətəndaşının (K C Sunil, Shrestha Anu) işə düzəltmə adı ilə aldadılaraq Azərbaycan Respublikasına gətirilməsi məlum olub.

Adları çəkilən  9 nəfəri Azərbaycanda qarşılayan Zıkar Ullah müxtəlif ün­van­larda kirayə tutduğu mənzillərdə həmin əcnəbilərin yerləşdirilməsini həyata ke­çir­ib və onlara respublikamızda müvəqqəti ya­şa­maq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi alacağına, həm­çinin həmin  şəxsləri işlə təmin edəcəyinə vəd verib. Xatırladaq ki, qa­nunsuz miqrasiya kanalının təşkilatçısı olan Zıkar Ullahın toruna düşən daha 43 şəxs bir müddət əvvəl DMX tərəfindən aşkar edilərək respublikanın hüdudlarından kənara çıxarılıb.

Saxlanılmış Syerra-Leone vətəndaşı Banya Sama Kai və Nigeriya vətəndaşı Eze Chukuemeka isə Azərbaycan Texniki Universitetinin tələ­bə­lə­ri olaraq DMX-dən müvəqqəti yaşama icazəsi alıb, lakin uni­ver­si­tet­dən xaric edildikdən sonra ölkəni tərk etməyərək qanunsuz miqranta çevriliblər.

Bundan əlavə, keçirilmiş tədbir zamanı saxlanılmış ikili vətəndaşlığı olan Jebreen M.S. Awadın Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunu olduğu, sonradan işləmək məqsədi ilə Azərbaycana qayıtdığı məlum olub. Jebreen M.S. Awad ona iş və müvəqqəti yaşama icazəsi alınması məqsədilə “Ok tour” turizm şirkəti ilə razılaşıb və çalışmadığı “Md international” MMC-dən müvafiq icazələr əldə edib. Lakin sonradan həmin MMC-nin fəaliyyətini dayandırması ilə əlaqədar olaraq Jebreen M.S. Awad dostlarının köməyi ilə Azərbaycanda daşınmaz əmlak sahibi kimi müvəqqəti yaşama icazəsinin alınmasına nail olub.

Aşkar edilmiş faktlarla bağlı Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Qanunsuz Miq­rantların Saxlanılması Mərkəzində yerləşdirilən şəxslər müvafiq inzibati məsuliyyə­tə cəlb ediliblər.

Dövlət Miqrasiya Xidməti tə­rə­fin­­dən qanunsuz miqrasiyaya qarşı mübarizə çər­çi­və­­sində tədbirlər da­vam etdirilir.

 

Digər xəbərlər
Info

Dövlət Miqrasiya Xidməti rəisinin Z..

Info

Azərbaycan ilə Xorvatiya arasında miqras..

Info

Dövlət Miqrasiya Xidmətinin rəisi F..

Info

“ASAN xidmət indeksi” ü..