Slider 1
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib


“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununa, Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq 30 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) inzibati binasında DMX yanında İctimai Şuranın müddətinin qanunvericiliyə uyğun olaraq başa çatması ilə əlaqədar  normativ hüquqi aktlardan irəli gələn prosedura əsasən yeni seçki keçirilib və İctimai Şuraya üzvlər seçilib.

07 iyul 2017-ci il tarixdə DMX yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib.

İclasda təşkilati  məsələlərə baxılıb. Şuranın üzvü, “Həyat” Beynəlxalq Humanitar Təşkilatının sədri Azər Allahverənov səsvermə yolu ilə DMX yanında İctimai Şuranın sədri seçilib.

Elə həmin gün Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Xidmətin struktur bölmə və sisteminə daxil olan qurum rəhbərlərinin iştirakı ilə İctimai Şuranın üzvləri ilə görüşüb.

Xidmət rəisi DMX yanında İctimai Şuraya seçilmiş üzvləri təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb. F.Nəbiyev Prezident İlham Əliyevin ölkəmizdə ictimai iştirakçılağa və ictimai nəzarətə xüsusi önəm verdiyini qeyd edərək, Xidmətin vətəndaş cəmiyyəti institutları ilə  sıx əməkdaşlığının qurumun fəaliyyətinə ictimai nəzarətə və şəffaflığın artırılmasına dəstək olduğunu vurğulayıb. Ötən iki ildə Xidmət yanında belə bir şuranın fəaliyyətinin əhəmiyyətini konkret faktlarla diqqətə çatdırıb. F.Nəbiyev miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi DMX tərəfindən görülən işlər, qarşıda duran vəzifələr barədə söhbət açıb.

Xidmət rəisi respublikamızda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının qorunması istiqamətində atılan addımlardan bəhs edib.

DMX-nin əsas prioriteti kimi müraciət edənlərin məmnunluğunun təmin edilməsinə, operativlik, şəffaflıq prinsiplərinin daha mükəmməl şəkildə reallaşdırılmasına İctimai Şuranın bundan sonra da öz töhfəsini verəcəyinə inam ifadə olunub.

DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov şuranın planları barədə danışıb. Xidmətin ictimaiyyətlə əlaqələrə verdiyi önəmi, qeyri hökumət təşkilatları ilə əməkdaşlığı istiqamətində atılan addımları, İctimai Şura yaradılması istiqamətində ilkə imza atanlardan olmasını yüksək qiymətləndirib. 

Digər xəbərlər
Info

Dövlət Miqrasiya Xidmətində 2017-ci..

Info

Dövlət Miqrasiya Xidməti tərəfindən..

Info

Dövlət Miqrasiya Xidməti Astarada n..

Info

BMT-nin Cenevrə bölməsində Azərbayc..