Slider 1
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2017-ci ilin mart ayına olan statistik məlumatları


Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən 2017-ci ilin mart ayı ərzində miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, idarə edilməsi və tənzimlənməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Ay ərzində 1412 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Onlardan 20-nin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 226 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb. İnzibati qaydada ölkə ərazisindən çıxarılmamaqla cərimə tətbiq olunma ilə bağlı 839, inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaqla cərimə tətbiq olunma ilə bağlı 327 şəxs barədə qərarlar qəbul edilib.

Ümumiyyətlə, ay  ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 7487 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 58351 əcnəbinin müraciəti qeydə alınıb.

Dövlət Miqrasiya Xidməti tərəfindən ay ərzində respublikanın ayrı-ayrı bölgələrində və ali məktəblərdə 15 maarifləndirmə tədbiri keçirilib, o cümlədən səyyar xidmət göstərilib.

Digər xəbərlər
Info

Dövlət Miqrasiya Xidmətində 28 May ..

Info

Dövlət Miqrasiya Xidməti yanında İc..

Info

Dövlət Miqrasiya Xidmətində Beynəlx..

Info

“Vətəndaşsızlıq hallarının ar..