Slider 1
Dünya Azәrbaycanlılarının Hәmrәylik Günü Dövlət Miqrasiya Xidmətində qeyd olunub


Dövlət Miqrasiya Xidmətində 31 dekabr – Dünya Azәrbaycanlılarının Hәmrәylik Günü vә Yeni ilә hәsr edilmiş tәdbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbirdə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis olunan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən bəhs edilib. Diqqətə çatdırıb ki, dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində bu əlamətdar bayramın xüsusi rolu var və 31 dekabrın qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Vurğulanıb ki, bu tarix ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında birliyin və həmrəyliyin rəmzidir. Ümumiyyətlə bu bayram Azərbaycan xalqının mənəvi birliyini özündə ehtiva edir, eləcə də dünyanın müxtəlif guşələrində məskunlaşan soydaşlarımızın birliyinin möhkəmləndirilməsi istiqamətində atılmış ən dəyərli addım kimi özünü doğruldub.

Bildirilib ki, xalqımız Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2016-cı ili ictimai-siyasi, sosial-iqtisadi, eləcə də ordu quruculuğu sahəsində qazanılmış nailiyyətlərlə yola salır. Yola saldığımız ildə qəhrəman döyüşçülərimiz xalqımıza qələbə sevinci yaşadıblar. 

Qeyd edilib ki, bu gün Azərbaycanın qazandığı nailiyyətlər, qüdrətli bir dövlətə çevrilməsi hər birimizi sevindirir, bundan sonra da hamımız həmrəy olmalı, dövlətimizin və dövlətçiliymizin inkişafı naminə daha da əzmlə çalışmalıyıq.

 

Digər xəbərlər
Info

Qobustanda miqrasiya xidməti barədə maar..

Info

2017-ci ilin iyul ayı ərzində Dövlə..

Info

Dövlət Miqrasiya Xidməti tərəfindən..

Info

Dövlət Miqrasiya Xidməti Astara və ..