Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədlər

 

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin alınması (müddətinin  uzadılması) üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

  • nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket;
  • pasportun və ya digər sərhədkeçmə sənədinin surəti;
  • doğum  haqqında  şəhadətnamə  və  ya  ona  bərabər  tutulan  digər  sənədin notariat qaydasında  təsdiq olunmuş  surəti  (pasportu olmayan 18 yaşına çatmamış şəxslər üçün);
  • ailə tərkibi haqqında (ailə üzvlərinin adı, soyadı, təvəllüdü, məşğuliyyəti, yaşadığı və ya olduğu yer göstərilməklə) arayış;
  • nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti;
  • müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı (İnsanın immunçatışmazlığı virusu infeksiyası və B və C hepatitləri) olmaması haqqında arayış;
  • əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin və onlarla gələn ailə üzvlərinin  minimal tələbatını ödəyə bilən vəsaiti olması barədə sənəd (yaxın qohumu olan  Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında  daimi yaşamaq üçün icazə almış şəxs ölkədə qaldıqları vaxtda onların  təminatını  öz üzərinə götürdüyü hallar istisna olmaqla);
  • əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin peşə ixtisası olduğu təqdirdə, bunu  təsdiq  edən  sənədlərin  notariat  qaydasında  təsdiq  olunmuş  surətləri;
  • Azərbaycan Respublikasında müvəqqəti və  ya daimi yaşamaq üçün icazə vəsiqəsinin surəti;
  • Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə alınmasına əsas olmuş halların aradan qalxmadığını sübut edən sənədlərin notariat qaydasında təsdiq olunmuş surəti;
  • 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil;
  • 14-18  yaşında olan uşaqların notariat qaydasında təsdiq edilmiş razılığı;
  • qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət  hüququnun dövlət  qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış,  order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);
  • əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi  (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
  • əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
  • dövlət rüsumunun ödənilməsi barədə sənəd.

 

Dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan  Respublikasının ərazisində daimi yaşamaq üçün  icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi zaman verilir.

Digər xəbərlər
Info

Şəxsin Azərbaycan Respublikasının vətənd..

Info

Azərbaycan Respublikasının orta ümu..

Info

Xarici dövlətin vətəndaşlığını qəbu..

Info

Azərbaycan Respublikasına gələn əcn..