Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası vətəndaşlığını əldə etməsi ilə əlaqədar tələb olunan sənədlər

Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına yazılmış, nümunəsi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən ərizə-anketlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edir.

Ərizə-anketə aşağıdakı sənədlər əlavə edilir:

  • 4 ədəd 3x4 sm. ölçüdə fotoşəkil;
  • yaşayış yerindən ailə tərkibi haqqında arayış;
  • dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
  • Azərbaycan Respublikasında son beş il ərzində yaşaması barədə yaşayış yerindən arayış;
  • Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış.
  • Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin və ya qaçqın statusu almış şəxslərə verilən qaçqın vəsiqəsinin surəti;
  • pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (həmin sənədlərə malik olmayan qaçqın statusu almış şəxslər istisna olmaqla);
  • qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (aşağıdakı sənədlərdən biri: iş yerindən arayış, pensiya, təqaüd və ya ünvanlı dövlət sosial yardım alınması haqqında arayış, fiziki şəxsin gəlirləri haqqında vergi orqanının arayışı, aliment alınması haqqında arayış, himayəsində olduğu şəxsin gəliri haqqında arayış, vərəsəlik şəhadətnaməsi və s.) 
  • “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olan şəxslər üçün – onu Azərbaycan Respublikasına dəvət edən dövlət orqanının əsaslandırılmış vəsatəti.

 

Digər xəbərlər
Info

Şəxsin Azərbaycan Respublikasının vətənd..

Info

Azərbaycan Respublikasının orta ümu..

Info

Xarici dövlətin vətəndaşlığını qəbu..

Info

Azərbaycan Respublikasına gələn əcn..