Dövlət rüsumları haqqında  

Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununa əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində müvəqqəti olma müddətinin uzadılması barədə qərarların verilməsinə, müvəqqəti və ya daimi yaşamaq, həmçinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazələrin verilməsinə və müddətlərinin uzadılmasına, Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə, o cümlədən Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə Qaçqın vəsiqəsinin və ya Yol sənədinin verilməsinə görə ödəniləcək dövlət rüsumları aşağıdakı məbləğlərdə müəyyən edilmişdir:

 

 

Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə:

 

        30 günədək

30 manat

        60 günədək

60 manat

 

Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə:

 

        30 günədək

15 manat

        60 günədək

30 manat

 

Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə  Azərbaycan Respublikası-nın ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

 

       3 ayadək

30 manat

       6 ayadək

60 manat

       1 ilədək

120 manat

       1 il 6 ayadək

180 manat

                                       2 ilədək                          240 manat
                                   2 il 6 ayadək                          300 manat
                                       3 ilədək                          360 manat

 

Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə  Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

 

       3 ayadək

15 manat

       6 ayadək

30 manat

       1 ilədək

60 manat

       1 il 6 ayadək

90 manat

                                       2 ilədək                         120 manat
                                   2 il 6 ayadək                         150 manat
                                       3 ilədək                         180 manat

 

Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

 

       1 ilədək

40 manat

      2 ilədək (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda)

80 manat

 

 Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

 

300 manat

 

Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

 

150 manat

 

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə itirilmiş Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin və müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsinə görə:

 

 

10 manat

 

Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə (işəgötürən tərəfindən ödənilir):

 

 

 

                                 3 ayadək                              350 manat
                                 6 ayadək                              600 manat
                                 1 ilədək                             1000 manat

 

Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək, bərpa edilmək və ya ondan çıxmaq barədə ərizələrə görə:

 

 

110 manat

 

Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə Qaçqın vəsiqəsinin və ya Yol sənədinin verilməsinə görə:

      5 manat